Modern.az

Dünyanın ən çox gəlir qazanan aktrisalarının adı açıqlandı – SİYAHI + FOTOLAR

Dünyanın ən çox gəlir qazanan aktrisalarının adı açıqlandı – SİYAHI + FOTOLAR

Mədəniyyət

21 Avqust 2015, 13:10

 ABŞ-ın “Forbes” jurnalı son 1 ildə ən çox gəlir qazanan aktrisaların siyahısını dərc edib.

Modern.az jurnala istinadən xəbər verir ki, reytinq cədvəlinə 25 yaşlı “Oskar”lı aktrisa Cennifer Lourens başçılıq edir. Məlumata görə gənc aktrisa ildə 52 milyon dollar gəlir əldə edib. Hollivudun sarışın ulduzu Skarlet Yohansson 2-ci (35,5 milyon dollar), “Casus” serialının baş qəhrəmanı Melissa Makkartni 3-cü (23 milyon dollar) pillədə qərarlaşıb.

18 aktirsanın yer aldığı siyahıda yeganə qeyri-Hollivud ulduzu, Çin kinosunun gənc siması Fan Binbin isə əldə etdiyi 21 milyon dollar gəlirlə 4-cü yer də yer alıb.

“Forbes” jurnalı ən gəlirli aktrisaların qazandığı məbləği hesablamaq üçün onların çəkildiyi filmlərin dünya ekranlarında topladığı gəliri, akstisaların, onların menecer və agentlərinin mətbuata verdiyi açıqlamaları və s. nəzərə alır.


1. Cennifer Lourens (52 milyon dollar)


2.  Skarlet Yohansson (35,5 milyon dollar)


3. Melissa Makkartni (23 milyon dollar)

4.  Fan Binbin (21 milyon dollar)

5. Cennifer Eniston (16,5 milyon dollar)

6. Culiya Roberts (16 milyon dollar)

7. Ancelina Coli (15 milyon dollar)

8. Riz Uizerspun (15 milyon dollar)

9. Enn Heteuey (12 milyon dollar)

10. Kristen Stüart (12 milyon dollar)  

Vüqar İsmayılov


 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI