Modern.az

Azərbaycanlı Çaplin Amerikada şounun finalına çıxdı - VİDEO

Azərbaycanlı Çaplin Amerikada şounun finalına çıxdı - VİDEO

Mədəniyyət

10 Sentyabr 2015, 13:19


Amerikanın populyar “America's Got Talent” şousuna Azərbaycanlı Çarli Çaplin kimi qatılan Üzeyir Novruzov finala yüksəlib.

Modern.az saytı "Amerikanın səsi"nə istinadən xəbər verir ki, o yarımfinalda nömrəsinin nümayişinin sonunda, ən çətin anda müvazinətini saxlaya bilməyib, yıxılıb. Ona əvvəlki vərdişləri kömək edib və 6 metr hündürlüyü olan nərdivan boyu sürüşə bilib, xəsarət almayıb.

Bütün bunlara baxmayaraq Uzeyir Novruzov seyrçilərin səsverməsi nəticəsində finala çıxıb.

Sosial şəbəkələrdə insanlar yazır ki, Üzeyir Novruzovun yıxılması və xəsarət almaması onun nə qədər təhlükəli hərəkət etdiyini və nə qədər yüksək təcrübəli usta olduğunu göstərir.

 



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI