Modern.az

Bu il Azərbaycanda dincələn turistlərin sayı AÇIQLANDI

Bu il Azərbaycanda dincələn turistlərin sayı AÇIQLANDI

30 Sentyabr 2015, 10:14

Yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay turizm mövsümündə daha çox müşahidə olunur. Modern.az saytı xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər nəticəsin də məlum olub ki, 2015-ci ilin 1 iyun – 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib.
Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür.

Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.

Aparılan araşdırmalara görə, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər),Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir. 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI