Modern.az

İlhamə Quliyevadan ŞOK VƏSİYYƏT: “Mən öləndə torpağa qoymasınlar..”

İlhamə Quliyevadan ŞOK VƏSİYYƏT: “Mən öləndə torpağa qoymasınlar..”

Mədəniyyət

25 Fevral 2016, 13:03

Xalq artisti, estrada səhnəsinin “primadonnası” İlhamə Quliyevanın vəfat etməsi gündəmin əsas xəbərlərindən biri olub. Hadisə mərhumun vəsiyyətini də gündəmə gətirib.

Modern.az saytı xəbər verir ki, İlhamə Quliyeva bir müddət öncə ATV-nin “Onlar” verilişində bildirmişdi ki, o, öləndə torpağa qoyulmağını istəmir:

”Mən istəmirəm ki,  öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də “krujevalarla” bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram”.

İlhamə Quliyeva deyib ki, o, yaxınlarına tabutla dəfn olunmaq istədiyini vəsiyyət edib.  İndi yaxınlarının mərhumun vəsiyyətinə əməl edib-etməyəcəkləri bilinmir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu