Modern.az

İlhamənin yeganə varisi oğludur - Vəkil miras barədə xəbəri təsdiqlədi

İlhamənin yeganə varisi oğludur - Vəkil miras barədə xəbəri təsdiqlədi

5 Mart 2016, 12:56


Fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Bu haqda müğənni Əli Mirəliyev mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, İ.Quliyevanın mirası kimsəsizlərə qalacaq. Müğənni həmçinin, xalq artistinin oğulluğu Orxan Nadirovun nümunəvi övlad olmadığı üçün bu mirasa haqqı olmadığını vurğulayıb.

O.Nadirovun hüquqlarını müdafiə edən vəkil Habil Vəliyev Modern.az saytına deyib ki, vərəsəlik hüququnun bərpasına qədər hüquq-mühafizə orqanları tərəfindən mirasa həbs qoyulması normaldır:

“Vərəsəlik hüququ bərpa olunana qədər mirasın əmin əllərdə olması vacibdir. Prokurorluq və istintaq orqanları mirası təhvil alıblar. Onlara qarşı da heç kim heç nə deməyib. Bu belə də olmalıdır ki, mirasa cavabdehlik daşıyan şəxslər heç bir məsuliyyət daşımasın”.

Vəkil “Mirasa həbs qoyulubsa, Orxan Nadirova heç bir pay düşməyəcəkmi” sualına cavabında “onun yasda olduğunu və miras barədə düşünmədiyini” deyib.

“Kim ki, miras barədə düşünür, mirasın ona qalmasını istəyirsə, elə o da, canfəşanlıq edir. Mən başqa cür düşünə bilmirəm. Orxan miras düşünmür, çünki, o anasının yasını saxlayır. Kim ki, “mirasdan Orxana pay düşməyəcək” deyirsə, onun bu sözləri işlətməsi üçün hüquqi cəhətdən savadlı olması lazımdır.

Miras dövlət hesabına köçürülməyib, sadəcə dövlət tərəfindən siyahıya alınıb. Mərhumun qırxı çıxandan sonra bu məsələ ilə məşğul olacağıq. Bilənlər bilir, bilməyənlər də anlasınlar ki, Orxan İlhamə Quliyevanın oğludur. Miras məsələsi də, birmənalı şəkildə bu yöndə həll olunacaq. Onun yeganə varisi oğludur”.

H.Vəliyev mirasa daxil olanlarla bağlı sorğu əsasında məlumat alacağını bildirib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI