Modern.az

Tanınmış aktyor-rejissor vəfat edib - FOTOLAR

Tanınmış aktyor-rejissor vəfat edib - FOTOLAR

7 Mart 2016, 15:56


Azərbaycanın tanınmış aktyor və rejissoru Arif Qasımov 66 yaşında vəfat edib. Modern.az saytı xəbər verir ki, aktyorun sənət dostlarının bildirdiyinə görə, mərhum ürəktutmasından dünyasını dəyişib.

Arif Qasımovvaxtilə AzTV-də rejissor assistenti kimi çalışıb.

A.Qasımov 1950-ci ildə Bakıda anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. Sonra Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olub. İnstitut təhsilini başa vurandan sinra Moskvada Ali Rejissorluq Kursunu da bitirib.
O, 38 filmdə irili-xırdalı rollar oynayıb.
Aktyor-rejissor Arif Qasımovun çəkildiyi filmlər:  

Diplom işi (film, 1979)
Vah!.. (film, 1980)
Böyüyəndə bilərsən... (film, 1981)
Marş (film, 1982)
Ömrün yolları (film, 1982)
Balıq günü (film, 1983)
Evlənmək istəyirəm (film, 1983)
Bayramda yağış (film, 1985)
Mastika (film, 1986)
Yenilik (film, 1986)
Bu da bir naxışdır (film, 1987)
Yaramaz (film, 1988)
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(AzTV) - rol: sarı pencəkli kişi,
"Fransız" (film, 1995)
Səhər (veriliş, 1995)
Qarabağ şikəstəsi (film, 1996)
Hər şey yaxşılığa doğru (film, 1997)
Otel otağı (film, 1998)
Yerlə göy arasında (film, 1999)
Ayna (film, 2000)
Nekroloq (film, 2001)
Hacı Qara (film, 2002)
Yaşıl eynəkli adam-3 (film, 2002)
Dəvətnamə (film, 2003)
Milli bomba (film, 2004)
Əlvida, cənub şəhəri (film, 2006)
Kişiləri qoruyun (film, 2006)
Yoxlama (film, 2006)
Dağlı çörəyi (film, 2007)
Halal pullar (film, 2008)
Qocalar (film, 2008)
Ci-Mi (film, 2008)
Pilləkən (film, 2008)
İstanbul reysi (film, 2010)

Allah rəhmət eləsin.











Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı