Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb.
Modern.az-ın məlumatına görə, bu bardədə jurnalistin özü bildirib.
“1997-ci ildən bu yana işlədiyim Türkiyənin “İhlas Haber Ajansı”nın rəhbərliyi Moskvadakı işimə son verməyi qərara aldı. Mənə göndərilən rəsmi məktubda “İşlərin orada istədiyimiz kimi getməməsi nədəniylə” səbəb göstərilməsinə baxmayaraq, hansı işlərdən nə istədiklərini başa düşmədim. Son 6 ay boyunca Rusiyanın dəyişik qəzet, internet mətbuatı, radio və televiziyalarda 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmək başlıca “işim” olub.
Buradaki Türk məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “Boş ver Rusiya-Türkiyə ilişkilərini, işindən atılarsan, kimsə sənə sahib çıxmaz” sözləri idi. Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının, Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim.
Təbiidir ki, buna çox sevinənlən var. Çunki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyətlərini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimayyətinə çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam, çünki son günlərdə gözünə yuxu getməyən anam, gecələr rahat yata biləcək...”.
Modern.az