Modern.az

Əflatun Amaşov parlament jurnalistlərilə nəyi müzakirə edəcək?

Əflatun Amaşov parlament jurnalistlərilə nəyi müzakirə edəcək?

24 Yanvar 2011, 13:48

Xəbər verdiyimiz kimi Parlament Jurnalistləri Birliyi (PJB) yeni layihəyə başlayıb. PJB-nun bu layihəsi çərçivəsində parlament jurnalistlərinin Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü keçirilir. Bu sıradan şairlər, yazıçılar, məmurlar, jurnalistlər, QHT rəhbərləri, siyasi və ictimai xadimlərlə görüşlər planlaşdırlıb. Eyni zamanda jurnalistlər layihə çərçivəsində ayrı-ayrı deputatlarla da bir araya gələcəklər. Yanvarın 21-də ilk görüş Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə keçirilib. Modern.az saytı xəbər verir ki, yanvarın 25-də Mətbuat Şurasında Parlament Jurnalistləri Birliyinin üzvləri ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun görüşü keçiriləcək. Görüşdə KİV-in vəziyyəti, mediada baş verən proseslər və digər məsələlər ətrafında söhbət aparılacaq. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!