Nikolya Sarkozinin həyat yoldaşı barədə yazan jurnalist memuarlarında maraqlı məqamları açıqlayıb
Bu günlərdə məlum olub ki, Fransa prezidenti Nikolya Sarkozi həyat yoldaşı Karla Bruni barədə yazı yazan “Le Point” jurnalının xəbər direktoru Frans-Olivye Qibseri döyməklə hədələyib. Modern.az “The Daily Telegraph” qəzetinə istinadən bildirir ki, hadisə 2008-ci ildə baş verib. Bu barədə yalnız indi Qibser dərc etdiyi memuarda yazıb.
Fransa prezidenti keçmiş model Karla Bruni ilə evlənməyə hazırlaşdığı ərəfədə Qibser jurnalda keçmi model barədə “Madumazel Bruni ilə evlənmə ərəfəsində prezidentə 24 məsləhət” adlı yazı ilə çıxış edib və keçmiş modeli “gözü daim başqa kişilərdə olan ehtiraslı qadın” adlandırıb.
Bu məsləhətlərdən biri belə olub: “Təzə arvadınızı oğlunuzla, Barak Obama və ümumiyyətlə yaraşıqlı kişilərlə tanış etməyin!”.
Yazı çıxdıqdan sonra Sarkozi qəzəbli halda redaksiyaya zəng edərək Qibseri telefona çağıtdırıb. Salam-kəlamdan sonra Sarkozi qəfildən “bu məqalə iyrəncdir və buna görə gərək sənin sifətini dağıdaydım”-deyib.
“Siz məni hədələyirsiniz?”–deyə soruşan Qibserə Sarkozinin cavabı sərt olub: “Sən buna layiqsən. Bilmirəm sənin çənəni dağıtmaqdan məni nə saxlayır?”-deyə prezident əsəbi halda bildirib.
“Axı bu yazıda sizi və Karlanı təhqir edəcək heç bir məqam yoxdur?”-deyə jurnalist etirazını bildirib. Sarkozi cavabında “əgər sizin arvadınızin fahişə olduğu və kiminlə gəldi yatağa girməyə hazır olduğu barədə yazı yazılsaydı, əminəm ki, hirsinizdən partlayacaqdınız”-deyərək qışqırıb. Qibser isə deyib ki, yazıda Bruninin fahişə olduğunu bildirən heç bir işarə yoxdur.
Söhbət bununla tamamlanıb. Sarkozi tələb edib ki, jurnal dərhal təkzib versin və üzr istəsin. “Görərsən başına nə oyun gətirəcəyəm”-deyə jurnalisti hədələyən Sarkozi telefonu atıb. Hədə-qorxu isə boş məsələ olmayıb: Fransa prezidenti bir-neçə dəfə jurnalın sahibi milyareder Fransua Pinoya Qibseri işdən çıxarmağı xahiş etsə də Pino bunu etməyib.
Əslinə qalanda isə jurnal Karla Bruninin Sarkoziyə qədər kişiləri tez-tez dəyişməyi sevdyinə işarə vurub. Tanınmış modelin əlaqədə olduğu kişilər arasında Mik Caqqer, Erik Klepton və Donald Trampın olduğu bəllidir. Həmçinin, Bruninin publisist Jan-Pol Entohovenlə görüşdüyü sonradan onu ataraq,, publisistin filosof olan oğlu Rafael ilə gəzdiyini və ondan uşaq dünyaya gətirdiyi də Fransada məşhur əhvalatdır.
Qibserlə Sarkozini nə qədər qəribə olsa da,Karla Bruni barışdırıb. Prezident sarayından jurnalistə zəng vuran Bruni ona “Sarkozini bağışlayın. Başa düşürsünüz də, Nikolya mənə elə vurulub ki, barəmdə olan yazıları sadəcə həzm edə bilməyib”-deyə üzürxahlıq edib.
Modern.az