Modern.az

Elçin Əlibəyli: “Hələlik televiziyaya qayıtmağı düşünmürəm"

Elçin Əlibəyli: “Hələlik televiziyaya qayıtmağı düşünmürəm"

14 Aprel 2011, 11:43

Tanınmış teleaparıcı doktorluq işinin müdafiəsinə hazırlaşır

Uzun müddətdir teleekranlarda görünməyən tanınmış teleaparıcı Elçin Əlibəyli doktorluq elmi dərəcəsini almaq üçün müdafiəyə hazırlaşır. Modern.az-a açıqlamasında E. Əlibəyli bildirib ki, yazdığı elmi iş tamamlanmaq üzrədir.
“Doktorluq dissertasiyası üzrə sənədlərimi hazırlayıb Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq şöbəsinə təqdim etmişəm. Hazırda müdafiə ərəfəsindəyəm”.

Bundan başqa E.Əlibəylinin “Qanun” nəşriyyatında kitabı da çapa hazırlanır. ATV-dəki işinə qayıtmasına gəlincə, teleaparıcı bu barədə hələ düşünmədiyi deyib.

“Bu barədə hələ düşünmürəm. İlk öncə qeyd etdiyim iki işi tamamlamalıyam. Bu da iki və ya üç ayın işi deyil. Bunlardan sonra yalnız o haqda fikirləşmək olar”.
Teleaparıcı yeni televiziya layihələrinin də olmadığını əlavə edib. “Ancaq bir neçə sənədli film var ki, onların üzərində işləyirəm”-deyə E. Əlibəyli vurğulayıb..

Qeyd edək ki, Elçin Əlibəylinin ATV-dən uzaqlaşmasında onun ermənicə “Sarı gəlin” mahnısı oxuduğu barədə mətbuatda fikirlər səsləndirilirdi. Lakin o, yazmaqda olduğu elmi işi tamamlamaq və doktorluq dissertasiyasını müdafiə etmək üçün öz ərizəsi ilə kanaldan uzaqlaşdığını bildirmişdi.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi