Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

Jurnalistlər üçün yeni müsabiqə elan olundu

15 Aprel 2011, 15:28

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası həyata keçirdiyi “Vətəni tanı” ümumrespublika kampaniyası çərçivəsində jurnalislər üçün yeni müsabiqə elan edib. Bu barədə Milli Şuardan Modern.az saytına məlumat verilib. Məlumatda qeyd olunub ki, “Vətəni tanı” kampaniyası haqqında məlumatların KİV-də geniş işıqlandırılması məqsədi ilə həyata keçiriləcək müsabiqədə layihə haqqında ən geniş və dolğun məlumat verən media qurumuları mükafatlandırılacaq.

Müsabiqədə pul mükafatı olaraq 3 yer müəyyən edilib. I yer 500 manat, II yer 300 manat və II yer isə 200 manat pulla mükafatlandırılacaq. Bundan başqa, həvəsləndirici mükafatlar (diktafon, telefon, datakart) və İstirahət mərkəzlərindən birində 1 həftəlik istirahət paketi qaliblərə təqdim olunacaq.

Qeyd edək ki, layihənin bu gün keçirilən təqdimat mərasimində bir sıra KİV nümayəndələrinə akkreditasiya olunmuş vəsiqələr verilib. Müsabiqə ilə bağlı yeni məlumatlar saytımıza yerləşdiriləcək.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi