Modern.az

«AKKORD» Şirkətlər Qrupu jurnalistlərə sürpriz hazırlayıb

«AKKORD» Şirkətlər Qrupu jurnalistlərə sürpriz hazırlayıb

20 Aprel 2011, 19:19

"Media kuboku- 2011" start götürdü, jurnalistlərin həmrəylik turnirinin püşkü atıldı


"Şərq" qəzeti redaksiyasının təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunan KİV komandaları arasında keçirilən "Media kuboku-2011"ə start verilib. “Trend” İnformasiya Agentliyinin Mətbuat Klubunda turnirin Təşkilat Komitəsi püşkatma mərasimi keçirib. Təşkilat Komitəsinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı növbəti turnirin təşkili, keçirilmə qaydası ilə bağlı məlumat verərək bildirib ki, jurnalistlər arasında təşkil olunan bu yarışma artıq ənənəyə çevrilib.
Baş redaktor deyib ki, artıq 8-ci ildir ki, media nümayəndələri bu yarışmada həmrəylik nümayiş etdirərək bir araya gəlirlər. Hər il yarışmanın təşkilində yeniliklər baş verir. Budəfəki yenilik isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan gənc jurnalistlərin bu yarışmaya qatılmasıdır. Təşkilat Komitəsi qərara gəlib ki, gənc jurnalistlər qəzet səhifələrində yazılarını ouduqları və televiziya ekranlarında gördükləri həmkarları ilə canlı təmas qursunlar və birlikdə idman yarışına qatılsınlar. 

Builki turnirin də əvvəlki qaydada , futbol qayda-qanunlarına uyğun təşkil edildiyini bildirən A.Aşırlının dediyinə görə, yarışın sponsorları da dəqiqləşdirilib. Həmişəki qaydada, ənənəvi olaraq Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə baş sponsorluğu "AKKORD" Şirkətlər Qrupu və "Muğanbank" isə sponsorluq edəcək.

«Muğanbank» turnirik keçirilməsi üçün 2000 manat vəsait ayırıb. Baş sponsor isə turnirin qaliblərinə və əlavə olaraq nominasiyalar üzrə pul mükafatları ayırıb.
 
Sonra toplantıda baş sponsor «AKKORD» Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva çıxış edib. A.Quliyeva bildirib ki, təmsil olunduğu şirkət daim KİV-ə öz dəstəyini göstərib. Jurnalistlərin həmrəyliyinə, onların fəaliyyətinə qiymət verib. Onun sözlərinə görə, şirkət bu fəaliyyətini jurnalistlərin əməyinə verilən dəyər kimi qiymətləndirir.
“«AKKORD» Şirkətlər Qrupu qapılarını jurnalistlərin açıq elan edib. 20 illik ipoteka krediti təklif etməklə media nümayəndələrinin mənzil almasına şərait yaradıb”.
Sonra A.Quliyeva turnirə ayrılan vəsaiti elan edib. Onun sözlərinə görə, keçən il olduğu kimi bu il də yarışmanın qalibinə, yəni, kubok sahibinə 1000, II yer üçün 500, III yer üçün isə 300 manat mükafat, 6 nominasiya üzrə isə hər biri 150 manat olmaqla pul mükafatı təsis olunub. Bir yeni nominasiya isə hakimlərlə bağlıdır.
Turnirdə ən ədalətli hakimə də pul mükafatı veriləcək. Afaq Quliyeva sonda qeyd edib ki, turnirin təqdimat mərasimində iştirakçıları sürpriz gözləyir. Bu sürpriz isə yarışmanın sonuna qədər sirr kimi qalacaq.

Çıxışlardan sonra ən maraqlı an püşkatma mərasimi baş tutub. Təşkilat Komitəsinin sədr müavini Yusif Nəzərli diqqətə çatdırıb ki, turnirdə 10 komanda iştirak etdiyi üçün 2 qrup müəyyənləşməlidir. Bu qrupların birinə təşkilatçı KİV-in komandası və «Media kuboku»nu başı üzərinə ən çox qaldıran komanda rəhbərlik edəcək. Yəni qurupun birinə «Şərq», digərinə AzTV-nin komandası düşəcək. Püşkatmanın nəticəsinə görə AzTV A qrupuna, «Şərq» isə B qrupuna rəhbərlik edəsi olub. Sonra digər komandalar müəyyənləşib. Püşkatmanın nəticəsi ilə tanış olun:

A qrupu

1. AzTV         
2. «Səma»
3. «İTV»
4. BDU «Jurnalistika»
5. ANS

B qrupu

1. «Şərq»
2. «Səs» + «SİA»
3. «Qanun» jurnalı
4. "525-ci qəzet"+ «Ədalət»
5. ATV

Turnirin Təşkilat Komitəsinin qərarına əsasən yarışmanın ilk turu aprelin 23-də, şənbə günü keçiriləcək. Təqvimlə tanış olun:

1. ANS - BDU «Jurnalistika». Saat 15: 30
2. «Şərq» - «Səs» + «SİA»      Saat 16 :10
3. ATV - «Qanun» jurnalı        Saat 17 :00
4. AzTV - «Səma»                   Saat 17: 50

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi