Milli.az xəbər portalının baş redaktoru Sevda İlhamqızı tutduğu vəzifədən gedir. Onun media sahəsində daha böyük vəzifə tutacağı bildirilir.
Modern.az saytına açıqlamasında S.İlhamqızı hələlik Milli.az-da baş redaktor vəzifəsindən çıxmadığını bildirdi: “Ancaq burda şirkət daxilində islahatlar gözlənilir. Bu da şirkətin inkişafına xidmət edir. Yəni şirkətdən uzağa getmirəm, sadəcə vəzifəm dəyişəcək”.
Baş redaktor hansı sahədə işləyəcəyi ilə bağlı bunu dedi: “Bütün bunlar şirkətin gələn həftə keçiriləcək ümumi müşavirəsində dəqiqləşəcək”.
Aytən ƏLİYEVA