Modern.az

Elnur Baimov yeni informasiya portalı yaradır…

Elnur Baimov yeni informasiya portalı yaradır…

Media

22 Aprel 2011, 13:10

Yaxın günlərdə media məkanında Azərbaycan dilində yeni xəbər portalı fəaliyyətə başlayacaq. Modern.az-a daxil olan məlumata görə, yeni “Gun.az” adlanacaq informasiya portalına jurnalist Elnur Baimov rəhbərlik edəcək. Modern.az-a açıqlamasında E.Baimov məlumatı təqsiq edib. News.az informasiya agentliyinin baş direktoru Elnur Baimovun sözlərinə görə yeni yaranacaq portal üzərində hazırda iş gedir.  

“Artıq bazarda bu istiqamətdə bir sıra layihələr var. Onların içərisində uğurları görünən də, boz layihələr də var. Bizim bu portalı yaratmaqda məqsədimiz bazara daxil olub, aparıcı yerlərdən birini tutmaqdır” deyən Elnur Baımov qeyd edib. Yeni layihədə maraq doğuracaq yeniliklər də var. Baimov bildirib ki,  xəbər saytı geniş olacaq və regionları da əhatə edəcək.

“Bütün bölgələrdə müxbirlərimiz olacaq və sayt bölgə xəbər mənbəyi kimi fəaliyyət göstərəcək. Eyni zamanda ölkəmizdə yaşayan azsaylı xalqlar saytı açanda orada öz xəbərlərini oxuya biləcəklər”.

Baş direktor saytla bağlı hazırlıq işlərinin getdiyini və kollektivi yığdıqlarını qeyd edib.

“Saytda ictimai, siyasi, iqtisadi xəbərlər, yəni cəmiyyətlə bağlı informasiyalar operativ şəkildə işıqlandırılacaq. Burda ən əsas xəbərlərin operativliyinə və önəmliyinə fikir veriləcək. Xəbər portalı siyasi məsələlərdə həm iqtidarın, həm müxalifətin fəaliyyətlərini işıqlnadıracaq”.

E.Baimov “Gun.az”ın bütün yaş təbəqələri üçün nəzərdə tutulduğunu deyib. “Amma burda gənclərə daha da önəm veriləcək.. Biz Gənclər və Turizm Nazirliyi ilə də əlaqə saxlayıb, daim gənclərlə bağlı yenilikləri işıqlandıracağıq” deyən Elnur Baimov bildirdi ki, layihənin strateji rəhbəri özüdür.
“Məsul və redaktor və digər işçilər barədə isə sonra açıqlama veriləcək”.

Layihəsi olduğu digər portal disput.az haqqında məlumat verən Elnur Baimov bildirib ki, burda ancaq diskussiyalar gedir və bu xalqın layihəsidir.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi