Modern.az

Əflatun Amaşov: “Milli Məclisə məktub göndərmişik...”

Əflatun Amaşov: “Milli Məclisə məktub göndərmişik...”

28 Aprel 2011, 13:19

“Mətbuat Şurasının səlahiyyətlərinin artırılması geniş müzakirə mövzusudur. “Reket”çiliklə məşğul olan qəzetlərin fəaliyyətinin dayandırılması üçün Mətbuat Şurasının səlahiyyəti yoxdur”.

Bu fikirləri Modern.az saytına Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərəlik etdiyi qurumun “reket” jurnalistikaya qarşı mübarizədə şuranın səlahiyyətlərinin artırılması ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericliyinə əsasən “reket”çiliklə məşğul olan mətbuat orqanlarının fəaliyyətinin dayandırılması Mətbuat Şurasına səlahiyyətində olmayan məsələdir:
“Mətbuat Şurası “reket” qəzetlərə qarşı mütəmadi olaraq mübarizə aparır. Mətbuat orqanlarının şantajçılıq, “reket”çilik fəaliyyəti ilə bağlı Mətbuat Şurasında daxil olan şikayətlər operativ şəkildə araşdırılır. Bununla bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Şurada “reket” jurnalistikaya qarşı mübarizə komissiyasi fəaliyyət göstərir. Qeyd edim ki, hər hansı mətbuat orqanı haqda şikayətlər çox olarsa, onlar bizim tərtib etdiyimiz “qara siyahı”ya salınır. Amma bəzi məqamlarda bu tədbirlər lazımı effekt vermir. Bizim xəbərdarlığımıza baxmayaraq, öz əməllərini davam etdirən mətbuat orqanları haqda hüquq-mühafizə orqanlarına müraciət edirik”.

Ə.Amaşov onu da qeyd edib ki, Mətbuat Şurası “reket” jurnalistikaya qarşı mübarizəni qanunlar çərçivəsində həyata keçirir.

“Bütün bunlar qanun çərçivəsində həyata keçirilir. Hazırda Azərbaycan qanunvericiliyində həmin mətbu orqanların fəaliyyyətinin dayandırılması ilə bağlı müddəa yoxdur. Lakin “Mətbuat Şurası haqqında” qanun layihəsinin hazırlanması müzakirə edilə bilər. Bir müddət əvvəl Mətbuat Şurası tərəfindən Milli Məclisə məktub göndərilib. Mətbuat Şurası mətbuatın fəaliyyətini tənzimləyən bir qurumdur. Bu məsələlər kifayət qədər dərindən öyrənməlidir”-deyə Ə.Amaşov bildirib.

Qeyd edək ki, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı təklif qurumun “Reket” jurnalistikaya qarşı mübarizə komissiyasının rəhbəri, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tərəfindən irəli sürülüb. O, bildirib ki, “reket”çiliklə məşğul olan orqanlara onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz işlərini davam etdirirlər. Bu məqsədlə Mətbuat Şurasına onların fəaliyyətlərini müəyyən müddətə dayandırmaq səlahiyyəti verilməlidir”.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi