Modern.az

BDU-nun jurnalistika fakültəsinin müəllimi özəl telekanalardan danışıb

BDU-nun jurnalistika fakültəsinin müəllimi özəl telekanalardan danışıb

29 Aprel 2011, 10:23

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyevin fikrincə, Azərbaycan teleməkanında özəl televiziyaların öz yeri olsa da, onların proqramları seyrçiləri tam qane edə bilməz.
“Özəl televizyaların konkret auditoriyası olmalıdır. Tamaşaçı televizoru açanda təxmini bilməlidir nəyə baxır. Bizdə həmin konkret ixtisaslaşmalar kanallarda olmadığı üçün müəyyən problemlər yaranır”.

Dekan müavini deyir ki, bütövlükdə özəl telekanallar müstəqil görünə bilirlər: “Ancaq təbii ki, Qərb telekanallarına, Türkiyə telekanallarına baxanda hələ də müəyyən fərqlər hiss olunur. Hiss olunur ki, özəl televiziyalarımız hələ o səviyəyə gəlib çatmayıb”.

Özəl telekanalların maliyyə mənbəyinə gəlincə, Ə.Hacıyev  deyib ki, yəqin ki reklam onları tam dolandıra bilməz: “Çünki bu gün Azərbaycanda reklam bazarı hələ tam formalaşmayıb. Təbii ki, özəl televiziya kanalları reklamdan müəyyən gəlir götürürlər, amma bütövlükdə reklam bazarı hələ tam formalaşmayıb”.

Özəl telekanalların ictimai maraqları doğrultmaq məsələsinə gəlincə, BDU-nun müəllimi hesab edir ki, konkret auditoriya var: “Auditoriya var ki, məmuniyyətlə baxır, amma auditoriya var ki, türk, rus kanallarına baxır. Auditoriya var ki, özümüzün telekanallarına baxır. Mən şəxsən öz telekanallarımıza baxıram. Müqayisədə görürəm ki, yaxşı cəhətlərimiz də var, çatışmayan cəhətlərimiz də. Dizayın, diktor, aparıcılıqda müəyyən problemlər var”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi