Modern.az

“Oxumaq üçün yazı tapılmayan həftə”

“Oxumaq üçün yazı tapılmayan həftə”

2 May 2011, 18:37

Tanınmışlar müəllif yazılarını çətinliklə xatırlayırlar

Modern.az  “Bizi oxuyursunuzmu?” adlı layihəsi çərçivəsində həftə ərzində tanınmış şəxslərdən qəzet oxuyarkən yadında saxladığı yazı və onun müəllifini xəbər alır...

Hüquqşunas Adil İsmayilov bu həftənin ilk müsahiblərindəndir. İlk sualımız əsnasında öyrəndik ki, A.İsmayılov sadəcə “Yeni müsavat” və “Azadlıq” qəzetlərini oxuyur. Butun növ ölkədaxili xəbərlərlə maraqlandığını söyləyən həmsöhbətimizin sözlərinə görə, bəzi müəlliflərin də daimi izləyicisidir. O müəlliflərin kim olmasına gəlincə, A.İsmayılov ad çəkmək istəmədi. Səbəbini isə belə izah etdi: “Kiminsə xətrinə dəyməmək üçün  ad çəkmək istəmirəm”.

Ötən həftənin yadda qalan yazısını xəbər almaq üçün müsahibimizə sualı ünvanladıq. Aldığımız cavab isə heç də ürəkaçan olmadı. Ilk olaraq “çətin sualdır” sözlərini eşitdik. Daha sonra isə müsahibimiz çətinliyin “sirrini”bizə açdı: “Ona görə, çətindir ki, xususi yadda qalan hadisə baş vermədiyindən maraqlı yazı da olmayıb”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuatın elə də aktiv izləyiçisi olmadığını söyləsə də, qeyd etdi ki,  APA-nı, “Day.az” və bəzi xəbər portallarını izləyir.

Azərbaycan mətbuatında elə bir müəllif yoxdu ki, Sərdar bəy onun daimi izləyicisi olsun. “Azərbaycanda jurnalistlər o səviyyədə deyil. Məsələn, xaricdə elə jurnalistlər var ki, onların bütün yazıları oxunur.  Azərbaycan jurnalistinin isə fəaliyyəti boyu cəmi bir-iki yaxşı yazısı olur. Qınamaq da olmur. Azərbaycan jurnalistlərinin fəaliyyəti üçün elə bir mühit yoxdur”.

Ötən həftənin yadda qalan yazısına gəlicə, məlum oldu ki, 6 gün ərzində hər hansı yazı Sərdar bəyin diqqətini çəkməyib. Çünki jurnalistlərin yazdığı, araşdırma, təhlil xarakterli yazılarda jurnalistlər elmi əsaslara söykənmir.
“Elmi pirinsiplər əsasında qurulmur ona görə, yazıları maraqlı hesab etmirəm”. 

S.Cəlaloğlu hesab edir ki, maraqlı jurnalist yazılarının yoxluğu əsas səbəbi azad şəraitin olmaması ilə bağlıdır.
“Düzdür Azərbaycanda istedadlı jurnalistlər var. Amma jurnalist peşəsi jurnalisti dolandırmırsa,  jurnalist neynəməlidir?! Biznes fəaliyyəti və s. işlərlə məşğul olur. Jurnalistin özünü inkişaf etdirməsi üçün azad şərait yoxdur”. 

İqtisadi Təqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu qəzetləri indi internet vasitəsilə izlədiyini söylədi.
“Yeni müsavat”, “Azadlıq”, “525-ci qəzet”, “Bizim yol”, “Azərbaycan” qəzetləri  Q.İbadoğlunun oxuduğu qəzetlər sırasındadır. 

Yazıda müəllif imzasına mütləq diqqət yetirdiyini söyləyən Q.İbadoğlunun sözlərinə görə, “Azadlıq” və “Yeni müsavat” qəzetlərinin köşə yazarlarını daim izləyir. Daha çox iqtisadi yazıları oxumağa önəm verən müsahibimiz bununla belə, siyasi, sosial xarakterli yazıları da diqqətdə saxlayır. 

Müsahibimiz ötən həftənin yadda qalan yazılarını yada salmaqda çətinlik çəkdi.

“Həftə sonu olduğundan xatırlamaqda bir qədər çətinlik çəkirəm”-dəyən müsahibimiz bir müddət sonra bir yazı və müəllif adı söyləyə bildi. Q.İbadoğlunun fikrinə görə, ötən həftənin yadda qalan yazısı Murad Köhnəqalanının “İzahlı lüğət” başlıqlı yazısıdır.  

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu digər müsahiblərdən fərqli olaraq bütün qəzetləri, eləcə də informasiya portallarını izləyir. Əgər bu media qurumlarının səhifələrində diqqət çəkən hər hansı bir xəbər varsa, M.Cavadoğlu həmin yazını mütləq oxuyur.  
“Diqqətimi çəkən yazıların hamısını oxuyuram. Fərqi yoxdur, bu siyasətlə də bağlı ola bilər, iqtisadiyyatla da, mədəniyyətlə də”.
Keçid alaq ötən həftənin ən yadda qalan yazısına. Bu sahədə də həmsöhbətimiz digər müsahiblərimizdən fərqlənməyi bacardı. Beləliklə, M.Cavadoğlu hesab edir ki,  Elnur Aslanbəylinin yazısı ötən həftənin yadda qalan yazısıdır.

Müəllif imzasının önəmli olduğunu vurğulayan M.Cavadoğlu özünün dediyinə görə, təxminən 10-a yaxın müəllifin daimi izləyicisidi. Amma, Mehman bəy ad şəkmək istəmədi. 
“Elə müəlliflər var ki, onları daim izləyirəm. Ad çəkə bilmərəm, çünki, kimisə unuda bilərəm, kimsə inciyər”.    

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi