“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının işıqlandırılması ilə bağlı müsabiqə elan edib”.
Modern.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamsında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Onun sözlərinə görə, hər il keçirilən bu müsabiqə Azərbaycan Milli Mətbuatının yaranmasının 136-ci ildönümünə həsr olunacaq.
“Müsabiqə 2 nominasiya üzrə olacaq. Birinci nominasiyada qalib olan KİV nümayəndələri aşağıdakı məbləğdə mükafatlara layiq görüləcək:
birinci yer - 800 manat;
ikinci yer – 600 manat;
üçüncü yer - 400 manat”.
E.Nağızadə bildirib ki, bu nominasiyada iştirak etmək istəyən jurnalistlər iyunun 15-ə qədər yazılı və ya elektron Kütləvi İnformasiya Vasitələrində dərc oluna məqaləni TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.
E.Nağızadə ikinci nominasiyasında televiziya və radio reportajı üçün iki qalibin nəzərdə tutulduğunu söyləyib.
“Bu nominasiyada birinci yer 800, ikinci yer isə 600 manatla mükafatlandırılacaq. Həmin nominasiya üzrə iştirak etmək istəyən KİV nümayəndələri də iyun 15-ə qədər televiziya və radioda yayımlanmış materialının video və yazı lentini bizə təqdim etməlidir”.
Sonda Elnur Nağızadə seçim zamanı təhlili xarakterli yazılara üstünlük veriləcəyini deyib.
Mail Ağaxanov