Modern.az

Azərbaycanlı jurnalist Ermənistanda Qarabağdan danışıb

Azərbaycanlı jurnalist Ermənistanda Qarabağdan danışıb

Media

17 May 2011, 15:17

Azərbaycanlı jurnalist, “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov Ermənistana gedib. Jurnalist bu gün İrəvanda öz işinə başlayan “Qafqaz-2010” beynəlxalq konfransında iştirak edir. Modern.az-ın məlumatına görə, R.Mirqədirov konfransda Dağlıq Qarabağ problemi ilə bağlı çıxış edib. O qeyd edib ki, hətta hərbi əməliyyatlar başlasa belə, Dağlıq Qarabağın status məsələsində çox az şey dəyişəcək. Azərbaycanlı jurnalist bildirib ki, Dağlıq Qarabağın Abxaziya yaxud Kosovo kimi dünya tərəfindən tatnınması baş verməyəcək. 
“Hətta Ermənistanın əsas müttəfiqi olan Rusiya üçün belə, Qarabağın müstəqilliyini tanımaq əlverişli deyil”-deyə icmalçı vurğulayıb. 

Qeyd edək ki, bu beynəlxalq konfransda Cənubi Qafqazda ötən ilki siyasi proseslərin nəticələri təhlil olunacaq və ekspertlərin bölgə dövlətləri ilə bağlı məruzələri dinləniləcək. Konfrans İrəvanda yerləşən Qafqaz İnstittutu tərəfindən təşkil edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi