Modern.az

Səfirlik azərbaycanlı jurnalistin ölümü ilə bağlı başsağlığı verib

Səfirlik azərbaycanlı jurnalistin ölümü ilə bağlı başsağlığı verib

Media

17 May 2011, 22:37

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük xidmətləri olan gənc və fəal jurnalist, “İhlas” xəbər agentliyinin (İHA) Bakı Təmsilçisi Müşfiq Nadir dünən İstanbulun “Memorial” xəstəxanasında vəfat edib.

14 ildir “İhlas” xəbər agentliyinin (İHA) Bakı təmsilçisi olan Müşfiq Nadir hər zaman Azərbaycan həqiqətlərinin Türkiyə içtimaiyyətinə doğru bir şəkildə çatdıraraq qardaşlıq bağlarının daha da möhkəmlənməsinə çalışıb. 

"Dəyərli jurnalistimizin Azərbaycan-Türkiyə əlaqələrində xidmətləri heç vaxt unudulmayacaq"-deyə Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Hulusi Kılıç və səfirliyin bütün çalışanların mərhumun ailəsinə və sevənlərinə dərin hüzünlə verdiyi başsağlığında bildirilib. 
Allah rəhmət eləsin. 

Modern.az

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi