Modern.az

Şəfa Mehmanqızı vəzifəsindən azad edildi

Şəfa Mehmanqızı vəzifəsindən azad edildi

Media

5 Oktyabr 2017, 14:15

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.

 

Belə ki, qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Cəbiyeva (Mehmanqızı) öz ərizəsilə tutduğu vəzifədən azad edilib.

 

Onu müvəqqəti olaraq Pərvin Məmmədova əvəz edir.

 

P.Məmmədova Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, mətbuat katibi vəzifəsini müvəqqəti icra edir:

 

 “Mən Şəfa xanımın köməkçisi olaraq çalışırdım. Şəfa Mehmanqızı öz ərizəsilə işdən ayrıldığına görə, onu müvəqqəti olaraq mən əvəz edirəm”.

 

P.Məmmədova Ş.Mehmanqızının yerinə hər hansı təyinat olmadığını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi