Modern.az

Mətbuat Şurası türkdilli ölkələrin jurnalistlərini Bakıya toplayır

Mətbuat Şurası türkdilli ölkələrin jurnalistlərini Bakıya toplayır

7 İyun 2011, 17:14

Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş idarəsindən Modern.az saytına verilən məlumata görə bu ilin sonunda Bakıda türkdilli ölkələrin jurnalistlərinin forumu keçiriləcək. Forum Azərbaycanın təşkilatçılığı ilə baş tutacaq.
Məlumatı Mətbuat Şurasından da təsdiqləyiblər.

Məlumatı dəqiqləşdirmək üçün Mətbuat Şurası ilə əlaqə saxladıq. Qurumun sədri Əflatun Amaşov ölkə xaricində olduğundan onunla danışa bilmədik. Amma Mətbuat Şurasının mətbuat xidmətinin rəhbəri Əvəz Rüstəmov bildirdi ki, belə bir forum nəzərdə tutulub və payızda keçiriləcək.

O, qeyd edib ki, forumla bağlı müzakirələr aparılsa da, hələ ki, tədbirin keciriləcəyi vaxt, iştirakçıların sayı dəqiqlləşdirilməyib: “Mətbuat Şürası türkdilli ölkələrin jurnalistlərinin formunun keçirilməsi  təşşəbbüsü ilə çıxış edib və forumun payız aylarında kecirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı müzakirələr aparılıb”.

Qeyd edək ki, forumda hər bir türkdilli ölkədən 5, Türkiyədən isə 20 jurnalistin iştirak edəcəyi gözlənilir.

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi