Modern.az xəbər verir ki, tanınmış idman yazarı, əməkdar jurnalist Aqşin Kazımzadə iyunun 10-da vəfat edib. 74 yaşında dünyasını dəyişən A.Kazımzadə jurnalistlik fəaliyyətinə 1956-cı ildə “Molodyoj Azerbaydjana” qəzetindən başlayıb.
Mərhum "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. A.Kazımzadə sonralar "Bakinskiy raboçiy", "Vışka", “Kaspiy” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb.
A.Kazımzadə 2001-2007-ci illərdə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri işləyib.
O, Azərbaycan futbolunun 100 illiyi münasibətilə mükafatlandırılan 33 idman yazarı arasında yer alıb.
Allah rəhmət eləsin!