Azərbaycan Media Mərkəzinin “Media dördüncü hakimiyyət rolunda” elan etdiyi jurnalist araşdırmaları və ictimai müzakirələr layihəsi üzrə nəticələr bəllidir. Media Mərkəzindən Modern.az –a verilən məlumata görə, 5 nəfər ekspertin ( Azərbaycan Media Mərkəzi –Seymur Kazımov, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kis Bin, “Yeni Nəsil” JB-nin nümayəndəsi Nailə Əliyeva, RATİ sədri Emin Hüseynov, SOROS fondundan Rövşən Bağırov) iştirakı ilə jurnalistlərin təqdim etdiyi aşağıdakı mövzu təklifləri araşdırma üçün seçilib
1. Sevinc Hüseynzadə- “Son illər Azərbaycanda prezident səviyyəsində açılıb, daha sonra bağlanan müəssisələr”
2. Səadət Akifqızı- “Regionlarda yeni tikilmiş Müalicə Diaqnostika Mərkəzlərinin səmərəliliyinin araşdırılması”
3. Əziz Orucov- «Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı» necə icra olunur- (Online TV)
4. Fərəh Sabırqızı- Uşaq düşərgələri ilə bağlı vəziyyətin araşdırılması
5. Xalid Vahidoğlu- «Azərbaycanda çayçılığın tənəzzülə uğramasının səbəbləri və bu sahənin inkişaf yollarının araşdırılması»
6. Aytən Fərhadova- Qan xərçəngindən əziyyət çəkən uşaqlar
7. Kamal Əli- «Borğba s korrupüiey: deystvitelğnostğ ili imitaüiə?»
8. Natiq Ədilov- Kür çayının törətdiyi fəlakətin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin şəffaflığı
9. Rəna Allahverdiyeva- “Ödənişli ixtisaslardan əldə olunan gəlirin şəffaflığı”
10. Nicat Səmədoğlu- Daşkəsəndə “Azenko” şirkətinin sakinlərə vurduğu ziyanla bağlı
Modern.az