Modern.az

Bakıda döyülən əcnəbi jurnalist qızın qolu sınıb

Bakıda döyülən əcnəbi jurnalist qızın qolu sınıb

Media

16 İyun 2011, 18:35

Dünən axşam döyülən Amanda Erikson və Silya Devisin vəziyyəti kafi olaraq qalır. Modern.az bildirir ki, ABŞ-ın Bakıdakı səfirliyindən “Turan”a verilən məlumata görə, səfirlik baş verənləri kriminal hərəkət kimi qiymətləndirir və bunda başqa səbəb görmür.

Bu arada, qeyri-rəsmi mənbələr bildiriblər ki, qızlardan birinin – Silya Devisin ciddi zədəsi var, onu qolu sınıb və gipsə qoyublar. Qızların yaxınlarının verdikləri məlumata görə, dörd basqınçı qızlardan birini bir neçə dəfə asfalta çırpıb ki, bu da onun qolunun sınmasına və digər zədələr almasına səbəb olub.  Faktla bağlı zərərçəkmişlər polisə müraciət ediblər və Yasamal rayon 26-cı polis bölməsində təhqiqat aparılır.

Xatırladaq ki, hadisə dünən axşam Milli Dram Teatrının yaxınlığında baş verib. Qızlar yaşadıqları mənzilə qayıdarkən basqına məruz qalıblar. Təhqiqatı aparan polis kapitanı Fuad Nəsirov müraciət daxil olması faktını “Turan”a təsdiq edib. Onun sözlərinə görə, basqınçıların şəxsiyyəti hələlik müəyyən olunmayıb. O, faktla bağlı cinayət işi açılacağını istisna etməyib. 

Xatırladaq ki, döyülənlər ABŞ və Böyük Britaniya vətəndaşları Amanda Erikson və Silya Devisdir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi