Modern.az

Nazirlik qalib jurnalistlərin pul mükafatını gələn həftə verəcək

Nazirlik qalib jurnalistlərin pul mükafatını gələn həftə verəcək

17 İyun 2011, 19:22

Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi müsabiqə qalib gələn jurnalistlərin pul mükafatları gələn həftə veriləcək.

Bunu Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı bildirib ki, gələn həftə pullar banka köçürüləcək və jurnalistlər onu alacaqlar. 

Qeyd edək ki, KİVDF və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi  “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi adlı müşabiqənin nəticələri iyunun 6-da acıqlanıb.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi