Modern.az

Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun - Deputatdan qalmaqallı TƏKLİF

Xaricdən maliyyələşən KİV-lər casus hesab olunsun - Deputatdan qalmaqallı TƏKLİF

Media

16 Noyabr 2017, 12:12

Milli Məclisin deputatı Aqil Abbas Rusiyada xarici ölkələrdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsini təklif edib.

 

Modern.az-ın məlumatına görə, Aqil Abbas Mədəniyyət komitəsinin iclasında bununla bağlı danışıb.  

 

Deputat bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna görə, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar.

 

“Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”. 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?