Modern.az

Akif Aşırlı «Nargin adasında türk əsirləri»ni tanıdır

Akif Aşırlı «Nargin adasında türk əsirləri»ni tanıdır

Media

6 İyul 2011, 16:38

Akif Aşırlının növbəti  kitabı işıq üzü görüb

«Şərq» qəzetini baş redaktoru Akif Aşırlının «Nargin adasında türk əsirləri» kitabı işıq üzü görüb. Birinci Dünya müharibəsindən Qafqaz cəbhəsində əsir alınan,  Nargində saxlanılan 15 mindən çox əsgər və zabitin həyatından bəhs edən arxiv materialları və «Açıq söz», «Hümmət», «Kaspi», «Bəsirət», «Möhtaclara kömək» kimi qəzetlərdə çap olunan məqalələr əsasında hazırlanan kitab «Elm və Təhsil» nəşiriyyatında işıq üzü görüb.

Türk əsirlərinin Nargin adasından Azərbaycanın milli qüvvələri tərəfindən qaçırılaraq İran üzərindən Türkiyəyə göndərilməsi, bu barədə göstərilən gizlin fəaliyyət barəsindəki tarixi sənədlər ilk dəfə olaraq geniş şəkildə tədqiqata cəlb edilib. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, «Qardaş köməyi», «Əsrilərə kömək komitəsi» və «Möhtaclara kömək» cəmiyyətlərinin bu sahədəki fəaliyyəti barəsində geniş məlumatlar da əsərdə öz  əksini tapır.

Bakı Polis İdarəsinin agentura məlumatları, türk əsirlərinin qaçırılmasında iştirak edən milli qüvvələrin və ziyalıların fəaliyyəti barəsində başlanılmış cinayət işləri il əlaqələri faktlar da kitabda yer alıb.

İndiyədək Nargin adasından 1915-ci ildə qaçırılan 8 nəfər türk əsirinin kimliyi bəlli idisə, müəllifin axtarışları nəticəsində 172 nəfər əsirin doğulduğu yer, təqribi doğum tarixi, əlamətləri və həbs düşərgəsindən qaçırılma tarixləri dəqiqləşdirilərək siyahıya alınıb.

Türkiyəli professor, Sarıqamış Dayanışma Qurubu başkanı  Bingür Sönməz kitaba ön söz yazıb, BDU-nu professoru,  millət vəkili Musa Qasımlı rəy verib.

 «Nargin adasında türk əsirlər»i  kitabının Türkiyədə Sarıqamış Dayanışma Qurubu tərəfindən çapı da nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi