Modern.az

BDU rektoru həbs etdirdiyi jurnalistə necə “peredaça” göndərdiyini açıqlayıb

BDU rektoru həbs etdirdiyi jurnalistə necə “peredaça” göndərdiyini açıqlayıb

Media

12 İyul 2011, 17:00

Modern.az xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu gün bir qrup KİV-nümayəndələri tərəfindən layiq görüldüyü “Xüsusi Rəğbət” mükafatının təqdimetmə mərasimində özünün jurnalistlərlə olan münasibətlərinə dair maraqlı faktlara toxunub.  

Mərhum prezident Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsindən sonra cəmiyyətdə KİV-lə münasibətlərində bir sıra problemlər yarandığını etiraf edən A.Məhərrəmov qeyd edib ki, o da o zamanlar  KİV nümayəndələri ilə məhkəmə salonlarında üz-üzə gəlməli olub.
“Mən o zaman ola bilsin media ilə münasibətlərdə təcrübəsizliyimdən irəli gələrək məhkəməyə müraciət etməyə üstünlük verirdim. Bir məhkəmə prosesində jurnıaistə bir il həbs cəzası verildi. Mən sonradan bildim ki, onun xeyli əngəlləri, problemləri var imiş. Onu həbsxanadan çıxarmaq üçün xeyli əziyyət çəkdim. Hətta “peredaça”da vaxtlı-vaxtında göndərirdim. Doğrusu ona həbs ediləcəyi mənim üçün də gözlənilməz oldu. Ondan sonra özümə dedim ki, bir də heç vaxt jurnalisti məhkəməyə verməyəcəyəm. Sadəcə olaraq özünün mövqeyini olan müstəvini müəyyənləşdirmək lazımdır. Bu ola bilsin ki, medi ilə əlaqələrimdə olan təcrübəsizlikdən irəli gəlirdi” –deyə A. Məhərrəmov vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi