Modern.az

Əflatun Amaşov türkdilli jurnalistlərin Bakı forumunun vaxtını dedi

Əflatun Amaşov türkdilli jurnalistlərin Bakı forumunun vaxtını dedi

18 İyul 2011, 12:30

Bu ilin sonunda Bakıda türkdilli ölkələrin jurnalistlərinin forumu keçiriləcək. Forum Azərbaycanın təşkilatçılığı ilə baş tutacaq. Bu barədə məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, forumun vaxtı dəqiqləşib, tədbir oktyabrın sonunda keçiriləcək.
Təkcə Türkiyədən 20 media nümayəndəsi Azərbaycana gələcək. Ümumilikdə isə forum bütün türkdilli ölkələrin jurnalistlərini əhatə edəcək.
Hazırda forumla bağlı müzakirələr davam etdirilir. Bu tədbirin təşşəbbüskarı Mətbuat Şurasıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi