Modern.az

Nazirlik deputatın jurnalistlərlə bağlı təklifini müsbət qarşıladı

Nazirlik deputatın jurnalistlərlə bağlı təklifini müsbət qarşıladı

Media

4 Avqust 2011, 12:42

Milli Məclisin deputatı Azay Quliyev Dağlıq Qarabağ münaqişəsindən yazan jurnalistlər üçün Xarici İşlər Nazirliyində görüşün keçirilməsini təklif edib. Deputatın fikirncə, bu görüş zamanı aparılan müzakirələrdə münaqişə ilə bağlı məlumatlandırma və KİV-in ölkə üçün ümummilli problem olan Qarabağla bağlı dərc etdiyi yazılar barədə fikir mübadiləsi aparmaq imkanı yaradar.

Məsələyə Xarici İşlər Nazirliyi münasibətini açıqlayıb. XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Modern.az-a açıqlamasında bu təklifi “maraqlı” adlandırıb.

“Bu maraqlı təklifdir. Mən irəli sürülən təklif barədə XİN rəhbərliyini məlumatlandıracağam. Jurnalistlərlə belə görüşlərin keçirilməsi faydalı olardı”-deyə E. Poluxov qeyd edib. Onun sözlərinə görə, XİN KİV-lərlə işini səmərəli quran nazirliklərdəndir və jurnalistlərlə təmasları mühüm hesab edir.

 Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi