Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan edildi

Jurnalistlər üçün yeni müsabiqə elan edildi

11 Avqust 2011, 16:50

İstiqlalçı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsi elan edib. Modern.az saytı müsabiqənin şərtlərini təqdim edir:

1. Yazılar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktının qəbulu dövrünü əhatə etməlidir;
2. Hər jurnalist müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
3. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya populyar informasiya saytında çap edilməlidir;
4. Yazıda «Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı İstiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir» qeydi göstərilməlidir.

Yazılar dərc edildiyi qəzetin bir nüsxəsi (informasiya saytında çap olunubsa, linki kifayətdir) ilə bərabər elektron variantda Vətəndaş Həmrəyliyi Partiyasının (X.Rüstəmov – 1210, «Xətai» metrostansiyası, «Azəri-Türk Bank»ın yaxınlığı) mətbuat xidmətinə şəxsən təqdim edilməlidir.

Qaliblərə diplom və pul mükafatı veriləcək.

Ən yaxşı yazılar üçün 3 yer nəzərdə tutulur.

1.         I yer – 500 manat
2.         II yer – 300 manat
3.         III – 200 manat.

Müsabiqə 15 avqust 2011-ci ildən 1 oktyabr 2011-ci ilə qədər (1 oktyabr daxil olmaqla) davam edəcək. Yazılar İstiqlalçı deputatların müəyyən etdiyi peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək və mətbuata açıqlanacaq.

Qaliblərin adları İstiqlalçı deputatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyinə həsr olunan yekun tədbirində açıqlanacaq.

Əlavə məlumat üçün 496-86-57 (58) və 050 (055) 374-94-92 saylı telefonlarla əlaqə saxlamaq olar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi