Modern.az

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”  

Ləğv edilən komitənin mətbuat katibi jurnalistlərə təşəkkür etdi: “Həyat davam edir...”   

Media

22 Aprel 2018, 22:24

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin iki gün öncə imzaladığı sərəncana əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.


Bu komitənin səlahiyyətləri iki yeni qurum arasında bölüşdürülüb. Bir hissəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, digər hissəsi Əqli Mülkiyyət Agentliyinə verilib.
 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsilə bu qurumun sədri Ramiz Həsənov da işsiz qalıb.

Bu arada ləğv edilən komitənin mətbuat katibi olmuş Fazil Talıblı da jurnalistlərə ünvanladığı müraciətində işinə son verildiyini qeyd edib. Modern.az-ın məlumatına görə, F.Talıblı bildirib:

“Əziz jurnalist dostlarım! Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çalışdığım 10 ilə yaxın bir müddətdə hər zaman sizin dəstəyinizi, köməyinizi hiss etdim. Komitənin fəaliyyətinin işıqlandırılmasında birgə işlədik. Qarşılıqlı etimad və dost münasibətlərilə əməkdaşlıq etdik. Bu müddət ərzində göstərdiyiniz diqqətə və sıx əməkdaşlığa görə hər birinizə dərin təşəkkürümü bildirirəm! İnanıram ki, cavabsız sualınız qalmadı. Nə qədər operativ oldum, buna siz qiymət verə bilərsiz. Bundan sonra harda olmağımdan asılı olmayaraq,  yenə də qulluğunuzdayam. Həyat davam edir, hər şey inkişafa və yaxşılığa doğru aparır. Bir daha sizə minnətdaram. Var olun!”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi