Modern.az

Azərbaycan telekanalı BBC-nin əmlakını alıb

Azərbaycan telekanalı BBC-nin əmlakını alıb

26 Avqust 2011, 16:32

Tanınmış azərbaycanlı jurnalistlər BBC-dən çıxıblar

BBC radiosunun Azərbaycan xidmətinin tanınmış jurnalistləri işdən çıxıblar. Modern.az saytının məlumatına görə, bu yaxınlaradək BBC-nin Azərbaycan xidmətində çalışan Zülfüqar Rüfətoğlu, Elşən Əliyev, Azər Xəlilov, Sədaqət İsmayılova, Vəfa Fəxri kimi tanınmış radio jurnalistləri artıq orada işləmirlər. Onlardan yalnız Vəfa Fəxri “Statoyl” şirkətində özünə yeni iş tapıb, qalanlar işsizdirlər.

BBC-nin Azərbaycan xidmətinin radiosu bağlanandan sonra büronun yalnız saytı işləyir. Azərbaycan dilində onlayn rejimdə yazılar təqdim edən bu saytı hazırda Londondan üç nəfər - Könül Xəlilova Elçin Nərimanoğlu, Elçin Süleymanov idarə edir.

BBC-nin Bakı bürosu isə bir neçə ay öncə tamamilə ləğv edilib, ofisin fəaliyyəti tam olaraq dayandırılıb. Bakı bürosunun əməkdaşları Habil Süleymanzadə, Nailə Bağırova buradan uzaqlaşıblar. İndi Nailə Bağırova “Röyters”də, Habil Süleymanzadə isə APA-da çalışır.

Modern.az saytının əldə etdiyi məlumata görə, BBC-nin Bakıdakı əmlakını “Xəzər” TV alıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi