Modern.az

ANS-in məzuniyyətə gedən 3 əməkdaşı işə qayıtmayıb

ANS-in məzuniyyətə gedən 3 əməkdaşı işə qayıtmayıb

27 Avqust 2011, 13:19

Modern.az-ın əldə etdiyi məlumata görə ANS telekanalının 3 əməkdaşı - Gülçin Qədirova, Musa Əhmədov və Kəmalə Quliyeva bir müddət öncə məzuniyyət götürərək istirahətə gediblər. Amma məzuniyyət müddəti bitən telejurnalistlər sonradan işə qayıtmayıblar.

Əməkdaşımız bunun nə ilə bağlı olduğunu öyrənmək üçün ANS televiziyası ilə əlaqə saxlayıb.

ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında 3 əməkdaşın işə çıxmamasında elə bir ciddi problemin olmadığını qeyd edib:
“Ola bilsin ki, onların işi çıxıb, gəlməyiblər. Sabahdan da bayramdır, yəqin bayramdan sonra işə çıxacaqlar. Həm də özüm də məzuniyyətdəyəm deyə, dəqiq heç nə bilmirəm. Amma qeyd edim ki, onların işə qayıtmamasında da elə ciddi problem yoxdur”.

ANS-in adının çəkilməməsini istəyən əməkdaşlarından biri isə saytımıza bildirib ki, şirkətlər qrupunda gəzən söz-sphbətlərə görə, həmin telejurnalistlər işə qayıtmayacaqlar. Bunun səbəbi isə açıqlanmır.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi