Modern.az

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olunub

Jurnalistlər üçün yeni yazı müsabiqəsi elan olunub

Media

28 Avqust 2011, 14:34

“İRƏLİ”  İctimai Birliyi və Dünyaya Baxış Beynəlxalq təşkilatı “De-institusionalizasiya” mövzusunda müsabiqə elan edib. 

Müsabiqə “De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması ”De-institusionalizasiya layihəsi çərçivəsində həyata keçirilir. Müsabiqə üçün hazırlanan  materiallar“ nədir və nə üçün lazımdır?”, “De-institusionalizasiya və alternativ qayğı sahəsində görülən işlər, mövcud problemlər və onların həll yolları”, “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” kimi məsələləri  əhatə etməlidir.

Müsabiqəni keçirməkdə əsas məqsəd KİV nümayəndələri, bloqqer, fotoqraf, aktiv gənclərin, eyni zamanda cəmiyyətin diqqətini bu mövzuya yönləndirərək ictimai məlumatlılığın düzgün şəkildə və qısa zamanda artırılmasıdır.

Müsabiqə 10 nominasiya üzrə keçirilir:

1)            Ən yaxşı TV xəbəri

2)            Ən yaxşı radio proqramı

3)            Ən yaxşı qəzet məqaləsi

4)            Ən yaxşı elektron xəbər

5)            Ən yaxşı jurnal məqaləsi

6)            Ən yaxşı bloq yazısı

7)            Ən yaxşı sosial şəbəkə yazısı

8)            Ən yaxşı foto

9)            Ən yaxşı təqdimat

10)         Ən yaxşı video çarx

Müsabiqəyə təqdim olunan yazılar 300 sözdən, telesüjetlər, radio proqramlar və video çarxlar isə 2 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 2 dəqiqədən az olmayan telesüjet, radio proqramı və video çarxlar da təqdim oluna bilər) az olmamalıdır.

Müsabiqə iştirakçıları  yazılı materialın  çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsini, elektron KİV-də və ya sosial şəbəkələrdə yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyasını, video süjetləri isə DVD-də olmaqla 15 sentyabr  2011-ci il tarixinədək “İrəli” İctimai Birliyində layihə rəhbəri Sevinc Sultanovaya təqdim olunmalı (Ünvan : Sabir küç. 3, İçərişəhər, AZ1000, Bakı, Azərbaycan), yazıların elektron forması  isə [email protected] ünvanına göndərilməlidir.

Müsabiqəyə təqdim olunmuş materiallar  “İRƏLİ” İctimai Birliyində  yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Nominasiyalar üzrə 1- ci yerin qalibləri pul mükafatı ilə mükafatlandırılacaq. 10 nominasiyanın hər biri 100 AZN məbləğində mükafatla təltif olunacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi