“Azadlıq” radiosunun Praqadakı baş ofisində Azərbaycan bölməsinə rəhbərlik edən Kənan Kazımoğlu bir neçə gündür Bakıdadır.
Modern.az saytına açıqlamasında Kənan Kazımoğlu Bakıya gəlişinmin sıradan bir səfər olduğunu qeyd edib. Müsahibimiz deyib ki, Bakıya səfəri “Azadlıq” radiosuna qarşı başlayan məhkəmə işi ilə əlaqədar deyil.
K.Kazımoğlunun sözlərinə görə, onlara “Azadlıq” radiosuna qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı hər hansı bir sənəd daxil olmayıb.
Kənan Kazımoğlu bildirib ki, “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşları Azərbaycan qanunvericiliyə - Azərbaycanən Əmək Məcəlləsinin uyğun fəaliyyət göstərirlər və bu sahədə hər hansı problemləri yoxdur.
Müsahibimiz Yasamal rayon Məhkəməsində radioaya qarşı sentyabrın 16-da başlayacaq prosesə və “Azadlıq”ın eks-müxbirinin təzminat tələbinin yer aldığı iddiaya münasibət bildirməyib.
“Azadlıq” radiosuna qarşı iddianı Bakı bürosunun keçmiş müxbiri Aygün Muradxanlı qaldırıb. A.Muradxanlı “Azadlıq” radiosunu əmək hüquqlarını pozmaqda günahlandırır və 300 min ABŞ dolları təzminat tələb edir
Yasamal rayon Məhkəməsində radioaya qarşı iddiaya hakim Anar Məmmədovun sədrlik edəcəyi prosesdə baxılacaq. Məhkəmə iclası sentyabrın 16-da başlayacaq.
Modern.az