Modern.az

“Xəzər xəbər”in vaxtının dəyişmə səbəbi bəlli oldu

“Xəzər xəbər”in vaxtının dəyişmə səbəbi bəlli oldu

19 Sentyabr 2011, 15:11

Bir neçə gündür “Xəzər” telekanalında xəbərlərin vaxtının dəyişdiriləcəyi və “Xəzər xəbər” in saat 20:29-da efirə gedəcəyi ilə bağlı anonslar gedir.

“Xəzər” televiziyasının xəbər redaktoru Vüsal Gözəlov Modern.az-a açıqlamasında bu dəyişikliyin qış saatı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bütün Avropa ölkələrində, eyni zamanda Türkiyədə bu, belədir:
“Yaydan fərqli olaraq indi vaxt qısaldığı üçün insanlar evə daha tez yığışırlar. Ona görə də xəbərlərin vaxtı 20:29-a keçirilib. Bu  hər zaman bizdə belə olacaq. “Xəzər xəbər”in yeni vaxtda təqdimatı isə gələn həftədən başlayacaq”.

V.Gözəlov xəbərlərdə bundan əlavə elə də böyük dəyişikliklərin olmayacağını qeyd edib. “Yalniz xırda qrafik, vizual dəyişiklər olacaq”.

Aytən ƏLİYEVA

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi