Ağa, yazan, qələm tutan əllərin daim var -canın isə hər zaman sağ olsun! Çox gözəl ,dəyərli və təsirli yazıdır. Həm özünün, həm də qəhrəmanının, həsr etdiyin insanın adına tam layiq yazıdır . Başlığı da çox yaxşı, cox əla seçmisən- o həm unudulan- dönə-dönə təəssüflər olsun və Allah-təala günahımızdan keçsin- həm də böyük Ustad idi. Sözün bütün mənalarında Ustad idi.
Düzünü desəm, bu yazı ilə tanış olana kimi onun nə vaxt anadan, doğum tarixinin haçan olduğunu mən də bilmirdim. Uca Rəbbim mənim də günahımı əfv etsin. Amma onu yaxından tanıyan, onunla 1991-94-cü illərdə-tələbəlik dövrümdə əməkdaşlıq edən-təbii ki, mənim üçün cox doğma və əziz olan "Aydınlıq" qəzetində-bir insan kimi Məmməd haqqında keçmiş zamanda danışmaq, şəxsən mənə həddindən artıq ağırdır. Özümü ağlamaqdan güclə saxlayıram. Onun yoxluğunu-bizləri cox erkən,vaxtsız tərk etdiyini hələ də qəbul edə bilmirəm.Hələ də inana bilmirəm ki, o, necə illərdir bizim aramızda yoxdur. Cox heyiflər olsun ki, amansız ölüm, vaxtsız əcəl onu bizlərdən-onu sevənlərdən tez qonardı, tez ayırdı...
Yaxından tanıyanlar da bilir və təsdiqləyərlər ki, Məmməd həyat dolu bir insanıydı, heç zaman-bütün ağrı-acılarına,problemlərinə rəğmən, bunları da büruzə verməzdi - kədəri özünə yaxın buraxmazdı, daim yerli-yerində deyər-gülər,şən, ziyansız zarafatlaından geri qalmazdı... Məmməd özü də elə nadir insanlardan, sözün əsl mənasında şəxsiyyətlərdən idi ki, qələmi,yazdıqları ilə əxlaqı,şəxsiyyəti yüzdə-yüz üst-üstə düşür, bir-birini tamamlayırdı. Bu gün Azərbaycan jurnalistikasında elə istedadlı qələm əhli,yazarlar var ki , dərinə getsən görərsən ki, ifadəmə görə üzr istəyirəm, beşqəpiklik şəxsiyyətləri yoxdur, yazdıqları , qələmə aldıqları ilə əxlaqları, şəxsiyyətləri qətiyyən üst-üstə düşmür,bir-birini tamamlamır. Yaxud da elə yazarlar, jurnalistlər var ki, cox əxlaqlıdırlar, mənəviyyatlıdırlar, ancaq qələmləri, yaradıcılıqları, yazdıqları çox zəifdir. Ancaq yuxarıda qeyd etdiyim kimi, Allah-təala Məmmədə hər iki xoşbəxtliyi nəsib etmişdi-o həm əxlaqlı, şəxsiyyəti bütöv, həm də olduqca və qibtəediləcək dərəcədə istedadlı qələm əhli, jurnalist idi. Uca Rəbbimiz heç də bütün insanlara, bütün bəndələrinə nəsib etmədiyi bu xoşbəxtliyi , bu gözəlliyi ona bəxş etmişdi , ondan əsirgəməmişdi...
Mən Məmmədlə əməkdaşlıq etdiyim vaxtlarda-elə sonralar da- ömrümdə görməmişdim, şahidi olmamışdım ki, Məmməd kiminsə -istedadlı və ya istedadsız, güclü, yaxud, zəif qələmə sahib olmasından asılı olmayaraq- bir dəfə olsun arxasınca, qarasınca danışsın, onu aşağılasın, qəlbinə dəysin və sair. Bunlar o böyük Ustadın xarakterinə və əxlaqına zidd şeylər idi. Böyük Yaradanımız ona həm də böyük, sevgi bolu bir ürək vermişdi və o ürəkdən də belə demək mümkünsə, hər kəsə pay düşürdü...
Məmməd haqqında saatlarla, günlərlə, aylarla danışmaq olar. Çünki o həm sağlığında, həm də dünyasını vaxtsız dəyişəndən sonra həyatda elə bir iz buraxıb, qəlblərdə elə bir heykəl ucaldıb ki, haqqında nə qədər danışsan doymaq, yorulmaq olmaz. O buna tam layiqdir və onun buna tam haqqı çatır.
Məmməd və onun kimi digər böyük Ustadların qədrini-qiymətini zaman, tarix verib və bundan sonra da verəcək. Bizlər indi onu və onları unutsaq da, məqamında onlara layiq olduqları qiyməti verməsək də , ancaq Zaman, Tarix heç zaman bu insanı və insanları unutmayacaq , haqq etdikləri qiyməti , dəyəri ona və onlara verəcək.
Allah-təala onun-o böyük Ustadın da, Babək Hüseynoğlunun da hər ikisinin yerlərini behişt, qəbrlərini nurlu, məkanlarını cənnətlik etsin.Amin!
Ağa, qardaşım, əziz həmkarım sənə də bir daha dönə-dönə təşəkkürlər!