Modern.az

Azərbaycan jurnalistləri və "Vikiliks"in sirləri...

Azərbaycan jurnalistləri və "Vikiliks"in sirləri...

7 Oktyabr 2011, 17:48


ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc edən qalmaqallı “Vikiliks” saytı mütəmadi olaraq bir sıra dövlətlər, dövlət rəsmiləri barədə məlumatlar yayır. “Vikiliks” Azərbaycanla bağlı da müxtəlif materiallar açıqlamaqda davam edir. Bu məlumatlarda Azərbaycanın yüksək vəzifəli şəxsləri barədəki qeydlər ictimaiyyət tərəfindən maraqla qarşılanır. Amma bu məlumatlara inananlar da var, inanmayanlar da. Bəs jurnalistlər necə..?

Modern.az saytı aparıcı KİV-lərin redaktorlarından “Vikiliks” sirlərinə münasibət öyrənib.

Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli: ““Vikiliks” saytının yaydığı məlumatlara tam inanıram. Xüsusən də Azərbaycanla bağlı yaydığı məlumatlara. Saytın Azərbaycanla bağlı yaydığı materiallara ona görə inanıram ki, biz həmin məlumatları özümüz öz gözümüzlə görürük. Düzdur, şəffaf heç nə yoxdu, amma yenə də “Vikiliks”in yaydığı məlumatlara yüzdə yüz inanıram. “Vikiliks”in  yaydığı bəzi məlumatlarla hakim Yeni Azərbaycan Partiyası barışmır, halbuki, bütün baş verən proseslər bizim gözümüzün qabağında cərəyan edib”.
 
APA” İnformasiya Agentliyinin  baş direktor müavini  Nurşən Quliyev: ““Vikiliks” saytının yaydığı məlumatlar içərisində inandığım məqamlar da var, inanmadığım məqamlar da...”.

Qafqazinfo” saytının redaktoru Elnur Məmmədli: ““Vikiliks”in açıqladığı məxfi məlumatlara inanıram. Ona görə inanıram ki, bu saytın yaydığı əksər məlumatlar rəsmi sənədlər, diplomatik yazışmalar əsasında qeydə alınıb. Elə ona görə də ABŞ rəsmiləri hələ indiyədək “Vikiliks” saytının yaydığı rəsmi sənədlərə təkzib verməyiblər”.

Media forum” saytının redaktoru Hikmət Sabiroğlu: “Təbii ki, “Vikiliks” saytının yaydığı hər bir məlumata inanıram. Həmin məlumatlar ABŞ dövlətinin ayrı-ayrı ölkələrdə olan diplomatik nümayəndələrinin göndərdiyi məlumatlardır. “Vikiliks” saytı çox maraqlı məlumatlar açıqlayır. Mən  “Vikiliks” saytında yayılan məlumatların dəqiqliyinə heç bir şubhə etmirəm”.

Şərq” qəzetinin redaktoru Yusif Nəzərli: “Mən ümumiyyətlə çalışıram ki, “Vikiliks” saytının istər Azərbaycanla, istərsə də xarici ölkələrlə bağlı  yaydığı məlumatları izləyim. Hesab edirəm ki, “Vikiliks” saytında yayılan məlumatların 70-80 faizi doğru məlumatlardı. Bu sayt təkcə Azərbaycanla bağlı məlumatlar yaymır, digər dövlətlərlə də bağlı sirlər yayır. “Vikiliks” saytının yaydığı məlumatlar rəsmi sənədlərə söykənir”.

AzərTAc-ın baş direktor müavini Dağbəyi İsmayılov: “ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc edən “Vikiliks” saytının yaydığı məlumatlara mən inanmıram. “Vikiliks” saytının yaydığı məlumatlar həqiqətə uyğun deyil”.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü