Modern.az

"Azadlıq" qəzetinin mühacirətdəki əməkdaşı Aqil Xəlil evlənib

"Azadlıq" qəzetinin mühacirətdəki əməkdaşı Aqil Xəlil evlənib

24 Oktyabr 2011, 10:48

Azərbaycanlı “Azadlıq” qəzetinin Azərbaycandan mühacirət edərək xaricdə siyasi sığınacaq almış iki əməkdaşı qürbətdə ailə həyatı qurub. Söhbət jurnalistlər, Hollandiyada yaşayan Fikrət Hüseynli, və Fransada yaşayan Aqil Xəlildən gedir.

Modern.az-ın məlumatına görə, bu barədə “Azadlıq” qəzetinin Avropadan qayıdan əməkdaşı Coşqun Eldaroğlu səfər təəssüratları ilə bağlı reportajında xəbər verib.  2008-ci ildə mühacirət edən Fikrət Hüseynli keçən il ailə həyatı qurub və bu barədə əvəllər mətbuatda məlumat verilmişdi. F/ Hwseynli indi paytaxt Amsterdamın lap yaxınlığında, cəmi 73 min əhalisi olan Hoofddorp şəhərində yerləşir.

2008-ci ildə Azərbaycanı tərk edən Aqil Xəlilin ailə qurması isə yeni xəbərdir. O da keçən il Sarbon Universitetində təhsil alan azərbaycanlı tələbə Səidə xanımla ailə həyatı qurub. İndi Parisin sakit guşələrindən birində birotaqlı mənzildə yaşayırlar. Türkiyədə evləniblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi