Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Sucəddin Şərifov, Dağbəyi İsmayılov, Aynur İmanova)

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Sucəddin Şərifov, Dağbəyi İsmayılov, Aynur İmanova)

26 Oktyabr 2011, 12:41

Modern.az saytın jurnalistlərdən ilk iş yeri və ilk iş gününün təəssüratını soruşmaqda davam edir. Budəfəki müsahiblərimiz “Azadlıq” qəzetinin redaktoru Sucəddin Şərifov, AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov, “Mediaform” saytının əməkdaşı Aynur İmanovadır.

Söhbətə “Azadlıq” qəzetinin redaktoru Sucəddin Şərifovla başladıq. O, bildirdi ki, jurnalist fəaliyyətinə 1997-ci ildə “Hər gün” qəzetində başlayıb. Mətbuatda ilk yazısı isə özəlləşdirmə çekləri ilə bağlı olub.
“Yazıda əsas fikirlər mənə məxsus idi, ekspert kimi Qubad İbadoğlunun fikirlərinə müraciət etmişdim. Həmin vaxtlarda Qubad İbadoğlu “Ekonomiks” qəzetində işləyirdi və yeni-yeni tanınırdı...”.

Maraqlıdır, Sucəddin Şərifov mətbuata kiminsə vasitəsilə gəlib, yoxsa hər şey təsadüf nəticəsində baş verib?  Həmkarımız  deyir ki, jurnalistikaya yaxın qohumu vasitəsilə gəlib. “Düzü ilk vaxtlar iqtisadçı kimi gəlmişdim, çünki iqtisadiyyat fakültəsini bitirmişdim. Amma daha sonra digər sahələrlə dı tanış oldum, yazılar yazmağa başladım...”.

S.Şərifov bu günün jurnalistləri və jurnalistikası haqqında da fikir söylədi. “Biz jurnalistikaya gəldiyimiz vaxtlarda jurnalistlər daha çox məsuliyyətli idilər. Çalışırdılar ki, bu gün etdikləri səhvləri sabah təkrarlamasınlar. İndi çoxlu jurnalist tanıyıram. Aralarında elələri  var ki, 10 ildir eyni səhvi təkrar edirlər.   

Bizim vaxtımızda bir qədər çətinliklər var idi. Yazını kağıza yazırdıq. Redaksiyada bir operator var idi, xətti yaxşı olan yazısını əlyazma şəklində verirdi ona, kimin xətti pis idi, diktə edirdi,  operator da yazırdı. Sonra da redaktor redaktə edirdi...”.  

AzərTAc-ın baş direktor müavini  Dağbəyi İsmayılov 1975-ci ildə ali məktəbdən məzun olduqdan sonra “Bakı” və “Baku” qəzetlərinə təyinat alıb. Qəzetin sənaye-tikinti və nəqliyat şöbəsinə müxbir təyin olunan D.İsmayılov 2000-ci ilə qədər orada çalışıb. 

D.İsmayılov bildirdi ki, mətbuatda ilk böyük yazısı “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Etronun “Elmlər Akademiyası” stansiyasında tunelin qazılmasından bəhs edən yazını yazan zaman D.İsmayılov Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsiymiş.
“Mənə tapşırdılar ki, metro tunelinin qazılmasl ilə bağlı yazı hazırlayım. “Emlər Akademiyası”  stansiyası çox çətinliklə qazılıb... Mən də tunelə düşüb proseslə yaxından tanış olmaq istədiyimi dedim və tunelə daxil oldum. İki saat tunelin qazılması prosesini müşahidə etmək imkanım oldu”.

Bu prosesin canlı şahidi olan D.İsmayılov reportaj hazırlayır: “Hər eyi görmüşdüm deyə, çox yaxşı - şirin dillə yaza bilmişdim. Bu yazı mənim üçün önəmliydi ona görə ki, jurnalistikaya vizit kartım idi”.  

“İlk iş gününüzü necə xatırlayırsınız” sualına D.İsmayılov həmin günün çox həyəcanlı olduğunu deyir. “Mənim üçün həyəcanlı gün idi. Eləcə də ilk yazı. Bu, mənim jurnalist kimi qəbul edilib-edilməyəcəyimi müəyyən edəcəkdi, ona görə də mənim üçün çox önəmliydi”.  

D.İsmayılov deyir ki, bu günkü jurnaliska ilə o vaxtın jurnalistikası arasında xeyli fərq var. “O vaxt jurnalistlər daha məsulliyyətli idilər. Təbii ki, bu gün də istər ortayaşlı, istər gənc jurnalistlər arasında məsuliyyətli olanlar var. Amma digər hallara da rast gəlmək olur. Digər tərəfdən bu gün texnika baxımından hər şey inkişaf edib. Xəbəri almaq, yayımlamaq daha asandır. O vaxt bu məsələlər nisbətən çətin idi”.
 
“Media form” saytının əməkdaşı Aynur İmanova tələbəlik illərindən mətbuatla əməkdaşlıq edib, amma rəsmi olaraq ilk iş yeri “Yeni Müsavat” qəzeti olub. İlk dəfə işə başlayanda Aynur İmanova artıq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitiribmiş.  

““Yeni Müsavat” qəzetinə gəldiyim vaxt qəzet həftədə üç dəfə çıxırdı. Redaksiya işcilərinin hər səhər çox ciddi keçən iclası mənim üçün çox maraqlı idi. İlk iclaslardan biri idi... Mən də qatılmışdım. İclasda Rauf bəy artıq qəzetin gündəlik nəşrə başlayacağını diqqətə çatdırdı. O günün iclası qəzetin yeni dizaynı ilə bağlı idi. Baş redaktor bildirdi ki, kimin nə təklifi var, desin. Ümumiyyətlə utancaq idim, həm də kollektivdə yeni olduğumdan təklifimini açıq deməyə çəkindim. Kağıza yazaraq baş redaktorun müavini Şirzad Məmmədliyə verdim. “Siyasətçi papağı ilə üz-üzə” başlığı yazılmış kağız parçasını Şirzad Məmmədli Rauf Arifoğluna ötürdü. Və mənim bu təklifim bəyənildi, qəzet xeyli müddət bu rublikanı oxuculara təqdim etdi..”.

Bu günün tanınmış imza sahibi “Yeni Müsavat”a təsadüf nəticəsində gəlməyib.
“Universitetdə oxuduğum vaxtlarda “Vətəndaş” qəzeti ilə əməkdaşlıq edirdim. Təxminən 98-ci il idi... Şirzad Məmmədli qəzetin redaktoru idi. Daha sonra-qəzet müəyyən səbəblərə görə bağlananda Şirzad Məmmədli istədi ki, özü ilə bir neçə gənc əməkdsaşı “Yeni Müsavat” qəzetinə aparsın. Bu qəzetə gəlməyim belə olub”.  

İşıqların sönməsi istənilən halda arzu olunan hal deyil. Əgər bu qışda baş verirsə və üstəlik bir neçə gün davam edirsə, insanların vəziyyəti daha da çətinləşir. Məhz belə bir şərait Aynur İmanovanı ilk dəfə yazı yazmağa sövq edir.
“İkinci kurs tələbəsi idim. Yaşadığım Biləcəri qəsəbəsində 3 gün idi ki, işıqlar yanmırdı. Qış vaxtı idi, hava tez qaralırdı, dərslərimi hazırlaya bilmirdim. Biləcərinin bu qara günləri ilə bağlı yazı yazdım. Oxumaq üçün Famil Mehdiyə verdim, Famil müəllim yazını oxudu və çox bəyəndi. Məsləhət gördü ki, “Açıq söz” qəzetinə verim. Yazının başlığını xatırlamasam da, mətbuatda ilk işıq üzü görən yazım o olub...”.   

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi