Modern.az

Türkdilli ölkələrin ortaq televiziyası və ya informasiya agentliyi yaradıla bilər

Türkdilli ölkələrin ortaq televiziyası və ya informasiya agentliyi yaradıla bilər

Media

28 Oktyabr 2011, 11:35

Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Ölkələrin II Media Forumunda “Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər” mövzusunda çıxışında bir sıra maraqlı məqamlara toxunub.

Ə. Həsənov bildirib ki, türkdilli dövlətlər digər sahələrdə yaxşı əməkdaşlıq etsə də, media sahəsində əməkdaşlıqda gecikiblər.  O, türkdilli ölkələrin birgə media quruluşunun yaradılmasının vacibliyini vurğulayıb: “Dünyanın informasiya siyasəti bəlli çevrənin əlində birləşib. Bizim hər birimiz bir dinin, bir soyun, bir regionun təmsilçiləriyik, bir mədəniyyətin daşıyıcılarıyıq. Amma görün, dünyada İslamı nə qədər biabır edirlər? İslamı terrorla eyniləşdirirlər. Bizim bir müsəlman, türk təəssübkeşliyimiz olmalıdır”.

Ə.Həsənov deyib ki, türkdilli dövlətlərin ortaq televiziyası və ya informasiya agentliyi yaradıla bilər ki, Azərbaycan Resbublikası da buna hər cür dəstək verməyə hazırdır.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi