Modern.az

Deputat baş redaktoru tutdurdu

Deputat baş redaktoru tutdurdu

28 Oktyabr 2011, 23:36

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib. Modern.az saytının məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti açıqlama yayıb. Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin açıqlamasında bildirilib:

”İstintaqla müəyyən edilmişdir ki, Əvəz Zeynalov Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəmişdir.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir”.

***

Oktyabrın 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsininin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıya Nəsimi rayon Məhkəməsində məhkəmə qurulub. Məhkəmənin qərarı ilə Ə.Zeylnallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi