Modern.az

"Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva meyxanaçıya ərə gedib (FOTOLAR)

"Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva meyxanaçıya ərə gedib (FOTOLAR)

31 Oktyabr 2011, 08:18

ANS-in efirində yayımlanan “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva ailə həyatı qurub. Modern.az saytının məlumatına görə, aparıcı bildirib ki, həyat yoldaşı ondan yaşca kifayət qədər kiçikdir. Ulvira Qarayeva deyib ki, anası və qızı bu izdivaca qarşı olublar. Hətta anası Əsli xanım 3 həftə Ulviranı danışdırmayıb. Amma həyat yoldaşı Tərlan Dağlı elçilik məqamında onun anası və qızının razılığını ala bilib.
Oktyabr ayının 29-da Tərlan və Ulviranın toy mərasimi olub.
Ulvira Qarayeva həyat yoldaşı ilə ANS-də tanış olub. “Hər şey bir mahnıdan başladı” deyən U.Qarayeva evləndiyi şəxs barədə geniş məlumat verməyib. Qeyd edək ki, Tərlan Dağlı meyxanaçıdır.
Ulvira Qarayeva bundan öncə bir dəfə ailə qurub, ayrılıb. Həmin nikahdan 13 yaşlı Zeynəb adında bir qızı var.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi