Modern.az

ATV-nin məşhur aparıcısı nişanlandığını təkzib edib

ATV-nin məşhur aparıcısı nişanlandığını təkzib edib

Media

21 Noyabr 2011, 17:36

ATV-nin populyar “Onun yarısı” evlənmə şousunun aparıcısı Zaur Bxşəliyev həmkarı Günay Qələndərli ilə nişanlı olduğunu təkzib edib. Modern.az  bildirir ki, bunu Z. Baxşəliyev “Onun yarısı” verilişinin canlı efirində bildirib. Aparıcı deyib ki, son günlər mediada onun Bakıdakı şadlıq evlərini birində Günay Qələndərli ilə təmtəraqlı nişan mərasimi keçirmələri ilə bağlı məlumatlar gedib.

“Belə bir nişan mərasimi olmayıb. Hamı bilir ki, mənim atam rəhmətə gedib və hələ onun il mərasimi belə çıxmayıb. Mən islam dininin qaydalarına uyğun hərəkət edirək qaydaları gözləyən adamam”-deyə hələ hüzrdən çıxmadıqlarına işarə edib.
Bununla yanaşı Z.Baxşəliyev aparıcı həmkarı ilə aralarında sevgi münasibətlərinin olduğunu gizlətməyib.
“ Günay mənim, mən də Günayın yanındayam. İnşallah istəyirik ki, bu ömürlük olsun. Amma rəsmi nişan mərasimi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”-deyə Z. Baxşəliyev bildirib.  

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?