Modern.az

Hansı qəzetdə xanım jurnalistlərin sayı çox, hansında azdır?

Hansı qəzetdə xanım jurnalistlərin sayı çox, hansında azdır?

Media

25 Noyabr 2011, 11:55

Son vaxtlat mətbuatda çalışan xanım jurnalistlərin bir çoxu bu sahədən tədricən uzaqlaşırlar. Müşahidələr göstərir ki, 7-8 il öncə ilə müqayisədə indi mediada zərif cinsdən olan qələm sahiblərinin sayı daha azdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyan tələbələr arasında da son illər oğlanların sayı qızları üstələməyə başlayıb.

Modern.az saytı qəzet redaksiyaları ilə əlaqə saxlayaraq onların ümumi işçilərinin, eləcə də xanım əməkdaşlarının sayını öyrənib.  

“Yeni Musavat” qəzetinin redaktoru Xalid Kazımlı bildirib ki, qəzetin təxminən 40-a yaxın  işçisi var. Bunlardan 10 nəfərini xanımlar təşkil edir. X.Kazımlı eyni zamanda qeyd edib ki, qəzetdə xanım işçilərin sayı əvvəllər daha çox olub. Son zamanlar isə onların sayı bir qədər azalıb. Buna səbəb isə xanım əməkdaşların ailə qurub tədricən jurnalistikadan getmələridir.    

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, redaksiyada ümumilikdə 21 işçi var. bunlardan 7-si xanımdır.

“Üç Nöqtə” qəzetinin redaktoru  Şahin Əliyevin sözlərinə görə,  qəzetin ştatda olan ümumi işçilərinin sayı 8 nəfərdir. Bunlardan baş redaktor da daxil olmaqla 5 nəfərini xanımlar təşkil edir. Ş.Əliyev eyni zamanda bildirib ki, qəzetin ştatda olan işçilərindən əlavə xeyli jurnalistlər də əməkdaşlıq edir. Onlar arasında da xanımlar var.

“Bakı Xəbər”qəzetindən aldığımız məlumata görə, qəzetin ümumi işçilərinin sayı 14 nəfərdir. Onlar arasında 5 nəfər xanım jurnalistlərdir.

“Bizim Yol” qəzetinin redaktoru  Elçin Rüstəmli deyib ki, qəzetin ümumi işçilərinin 30%-ni xanımlar təşkil edir. Bu redaksiyada 6 xanım əməkdaş çalışır.

“Ekspress” qəzetinin kommersiya direktoru Təranə Məmmədova bildirib ki, redaksiyada olan ümümi işçilərin sayı təxminəm 40 nəfərə yaxındır. Xanımların sayı isə 15 nəfərə yaxındır.

“Mərkəz” qəzetinin redaktoru Səbuhi Abbasov bildirib “Mərkəz” qəzetinin, “Mərkəz” internet televiziyasının və saytının birlikdə işçisinin sayı 31 nəfər təşkil edir. Bunlardan 16 nəfəri xanımdır. Redaktorun sözlərinə dörə, gələn həftədən canlı efirə başlayacaq “Mərkəz” televiziyasına daha iki xanım əməkdaş cəlb olunacaq.

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli bildirib ki, qəzetin Cənub bölgəsində, eləcə də bir sıra xarici ölkələrdə - Ukrayna və Türkiyədə büroları fəaliyyət göstərir. E.Cəfərli deyib ki, redaksiyada işçilərin yarıya qədəri xanımlardır. “Ümumilikdə 15 xanım əməkdaş var. Bunlardan ikisi redaktor, biri mühasib, biri isə reklam və kommersiya şöbəsinin müdiridir”.

“Xalq Cəbhəsi” qəzetindən verilən məlumata görə, bu qəzetin ümumi işcilərinin sayı 15  nəfərdir. Redaksiyada olan xanımların sayı isə 2 nəfərdir.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadənin verdiyi məlumata görə, bu qəzetdə cəmi 10 nəfər çalışır. Bunlardan 3 nəfəri xanımdır. Onun sözlərinə görə, xanım əməkdaşlar qəzetin ümumi işinə çox yardımçı olurlar.

“Kaspi”qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, qəzetin ümumi işcilərinin sayı 27 nəfər, xanım əməkdaşların sayı isə 9 nəfərdir. 

“525-ci qəzet”indən verilən məlumata görə, qəzetin ümumi işçilərin sayı 25 nəfərdir. Redaksiyada olan xanım işçilərin sayı isə 7  nəfərdir. Qəzetdən eyni zamanda onu da bildiriblər ki, ştatda olan işçilərdən əlavə redaksiya ilə əməkdaşlıq edən xanım jurnalistlər də var.  

“Səs” qəzetindən aldığımız məlumata görə, qəzetin ştatda olan işçilərinin sayı 30 nəfərdir. Bunlardan 17-18 nəfərini xanımlar təşkil edir. Eyni zamanda bildiriblər ki, qəzetlə ştatdankənar əməkdaşlıq edən xanım qələm sahibləri də var.

“Azadlıq”qəzetinin redaksiyasından verilən məlumata görə, xanım işçilər ümumi işçilərin 40%-ni təşkil edir. Yəni bu redaksiyada 5 xanım çalışır.

“İki sahil” qəzetinin redaktoru İsmayıl Haciyevin sözlərinə görə, qəzetdə ştatda olan işçilərin sayı 35 nəfərdir. “İki sahil”in xanımlarının sayını isə 17 nəfər təşkil edir. İ.Hacıyevin sözlərinə görə, qəzet ştatda olan içilərdən əlavə xeyli sayda xanım jurnalistlər də əməkdaşlıq edir. 

“Yeni Azərbaycan” qəzetindən verilən məlumata görə redaksiyada ümumi işçilərin sayı 40 nəfərə yaxındır. “Yeni Azərbaycan”ın xanım əməkdaşlarının sayı isə 11-dir.

Sədaqət SÜLEYMANOVA

***
Əlaqəli yazı:

Xanım jurnalistlər mətbuatdan niyə uzaqlaşırlar?
//modern.az/articles/3607/1/


Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi