Modern.az

Deputat Novruz Aslan: “Mən bir jurnalisti məhkəməyə vermişəm, ikisini yox”

Deputat Novruz Aslan: “Mən bir jurnalisti məhkəməyə vermişəm, ikisini yox”

Media

7 Dekabr 2011, 11:14

Mətbuatda İsmayıllını təmsil edən deputat Novruz Aslanın “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonu və “Yeni Müsavat” qəzetinin reportyoru Emil Salamoğlunu məhkəməyə verməsi ilə bağlı məlumat yayılıb.

Millət vəkili Novruz Aslanın Modern.az saytına verdiyi açıqlamaya görə isə o, iki jurnalisti məhkəməyə verməyib:

“Mən yalnız “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonu məhkəməyə vermişəm. “Yeni Musavat” və “Azadlıq” qəzetlərində dərc olunan yazılarda İvanovka kəndinin sakinləri adından onların guya, deputatdan narazı olması ilə bağlı məlumat verilmişdi. Guya mən deputat seçiləndən sonra sakinlərlə görüşmürəm. Amma bu informasiya həqiqətə uyğun deyil. Axı mən hər həftə rayonda seçicilərlə görüşlərdə oluram və bu, bir sıra informasiya vasitələrində işıqlandlırılır. Ona görə də biz hər iki qəzetə etiraz məktubu göndərdik. “Yeni Müsavat” qəzeti etiraz məktubunu dərc etdi, "Azadlıq" isə yox”.

N.Aslan bildirib ki, o, razılığa gələməyən “Azadlıq” qəzetinin əməkdaşını məhkəməyə verib: “Məhkəmə ərizəsində jurnalistdən tələb olunan 10 min manatın Bakıda yerləşən uşaq evlərindən birinə verilməsini istəmişəm. “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonun məhkəmə prosesi sona qədər davam edəcək. Onlar işgüzar nüfuzuma zərbə vurublar”.

Sədaqət SÜLEYMANOVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi