Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Parlament Jurnalistləri Birliyilə birgə Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyilə “Jurnalistlər üçün qış məktəbi” layihəsi həyata keçirir.
Modern.az saytının məlumatına görə, dekabrın 7-də ölkənin müxtəlif media orqanlarını təmsil edən 23 jurnalist Bakıdan İsmayıllı rayonu “Qaya” istirahət mərkəzinə gedib. 7-10 dekabr 2011-ci il tarixində gerçəkləşdiriləcək layihə çərçivəsində gün ərzində 3 mövzu ətrafında müzakirələr aparılacaq.
“Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Blogerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar keçirilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunacaq.
Qeyd edək ki, layihənin sonunda iştirakçılar ARGTMŞ tərəfindən diplomlarla və hədiyyələrlə təltif ediləcəklər.
"Jurnalistlər üçün qış məktəbi” layihəsində aşağıdakı KİV əməkdaşları iştirak edirlər.
“525-ci qəzet” | Bəxtiyar Məmmədli |
“Ayna-Zerkalo” qəzeti | Ülviyyə Axundova |
“Ədalət” qəzeti | İntiqam Alıyev |
“Respublika” qəzeti | Xəlil Cabbarov |
“Mərkəz” qəzeti | Günel Əbilova |
“Yeni Musavat” qəzeti | Günay Musayeva |
Modern.az portalı | Lalə Musaqızı |
1news.az portalı | Elşən Rüstəmov |
Qafqazinfo.az saytı | Elbrus Seyfullayev |
AzərTAc | Aidə Quluzadə |
APA | Ülkər Qasımova |
“Səs” İA | İlahə Vəliyeva |
Gun.az saytı | Kamil Həmzəoğlu |
Mia.az saytı | Zaur Əhməd |
Salamnews.az İA | Vasif Həsənli |
Azpress.az saytı | Rüstəm İsmayılov |
JAM | Seymur Verdizadə |
"Teleqraf.az" saytı | Fərəh Sabirqızı |
“Reytinq” qəzeti | Ruqiyyə Cəfərova |
“Şərq” qəzeti | Seymur Qasımbəyli |
ARGTMŞ | Nərminə Məcidova |
Parlament Jurnalistləri Birliyi | Elşad Eyvazlı |