Modern.az

2011-ci ildə jurnalistlərin öldürüldüyü ölkələrin TAM SİYAHISI

2011-ci ildə jurnalistlərin öldürüldüyü ölkələrin TAM SİYAHISI

Media

21 Dekabr 2011, 16:38

Jurnalistləri Müdafiə Komitəsi jurnalistlər üçün ən təhlükəli ölkələrin siyahısını hazırlayıb. Modern.az-ın məlumatına görə, jurnalistlər üçün ən təhlükəli ölkə Pakistandır.

Komitənin məlumatına görə, 2011-ci ildə dünyada 43 jurnalist öldürülüb ki, onların 7-si  Pakistandadır. Ötən dövr ərzində Liviya və İraqda 5, Meksikada isə 3 jurnalist qətlə yetirilib.

43 jurnalistin öldürüldüyü ölkələrin siyahı:

Pakistan: 7

İraq: 5

Liviya: 5

Meksika: 3

Bəhreyn: 2

Əfqanıstan: 2

Yəmən: 2

Flippin:2

Misir: 2

Brazilya: 2

Somali: 1

Russiya: 1

Nigeria: 1

Tayland: 1

Dominikan Respublikası:1

Viyetnam: 1

Tunis: 1

Fil dişi sahili: 1

Suriya: 1

Azərbaycan: 1

Bundan əlavə, komitə hazırda daha 35 jurnalistin ölümünün işi ilə əlaqdar olub olmamasını da araşdırır.  

Hesabatda qeyd edilir ki, 2011-ci ildə 16 jurnalist təhlükəli yerlərdən reportaj hazırlayarkən iş vaxtı ölüb. Xüsusilə, Misir, Yəmən və digər ölkələrdəki “ərəb baharı”nın işıqlandırılması KİV əməkdaşları üçün təhlükəli olub. Bundan əlavə, hökümət əleyhinə nümayişlərini dağıdılması zamanı polis gülləsindən jurnalistlərin ölməsi faktı da tez-tez baş verir.

Daha 6 jurnalist isə müharibələrin qurbanı olub. Buna misal olaraq Liviyada baş verən vətəndaş müharibəsini göstərmək olar. Bunlar arasında məşhur fotojurnalsit Kris Hondros və Tim Heterinqton, eyni zamanda “Əl-Cəzirə” kanalının operatoru Əli Həsən Əl Cabir da yer alır.

19 jurnalsit isə sifarişli qətlin qurbanları olub. Belə hadisələr məsələn, Pakistanda, Flippində, eyni zamanda Rusiyada baş verib. Bununla belə, hesabatı hazırlayanlar qeyd edirlər ki, son 10 ildə sifarişli təqlin qurbanı olan jurnalistlərin sayı azalıb.

2011-ci ildə jurnalistlərin ən həssas kateqoriyası bir tərəfdən fotojurnalsitlər, digər tərəfdən isə internet portallarının əməkdaşlarıdır. Son illər sonuncuların arasında ölüm halları durmadan artır və hesabatı hazırlayanlar bunu internet jurnalistikasının inkişafı ilə əlaqələndirirlər.

Hesbatda bildirilir ki, ölən jurnalistlər arasında heç bir medianın ştatlı işçisi olmayanlar yüksək faiz təşkil dirlər. Buna misal olaraq noyabrın 23-də Azərbaycanda dünyasını dəyişən müstəqil jurnalist Rafiq Tağını misal çəkmək olar.

Dekabrın əvvəllərində isə İsveçrənin “Presse embleme campagne” adlı Qeyri Hökümət Təşkilatının açıqladğı hesabata görə, 2011-ci ildə 106 jurnalsit öldürülüb. Hesabatda eyni zamanda bildirlir ki, KİV əməkdaşları üçün ən təhlükəli ölkə 12 jurnalistin öldüyü Meksikadır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi